10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. Təməl insan haqlarının qorunmasında əsas mexanizmlərdən biri də Ombudsman institutu hesab olunur. Azərbaycanda bu aparatın hüquqi bazası 2001-ci ildə yaradılıb.
28 dekabr 2001-ci il tarixdə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanunu qəbul edilib.
Azərbaycan Respublikasının ilk Ombudsmanı Elmira Süleymanova 2002-ci il iyulun 2-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib.
Bəs bu qurum öz işini hansı formada görür? Hüquqşünas Səməd Rəhimli deyir ki, ombudsman aparatının işi Milli insan haqları institutlarının qlobal alyansı tərəfindən qəbul edilən Paris prinsipləri çərçivəsində təşkil olunmalıdı. Paris prisipləri isə 6 bənddən ibarətdir:
Səməd Rəhimli hesab edir ki, bu prinsiplərin Azərbaycanda tətbiqi formal xarakter daşıyır.
Keçmiş siyasi məhbus Tofiq Yaqublu isə ombudsman aparatının əlçatan olmamasından şikayətçidir.
Heykəl məbhusları Qiyasəddin İbrahimov və Bayram Məmmədovun həbs olunarkən işgəncələrə məruz qaldıqları barədə xəbərlər yayılmışdı. Qiyasəddin İbrahimov həmin dövrdə ombudsman nümayəndələrinin onları ziyarət etdiyini deyir. Amma…
Milli Məclisin 29 noyabr tarixində keçirilən plenar iclasında Əliyeva Səbinə Yaşar qızı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilib. Səbinə Əliyeva hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovla evlidir. Onun bu aparatda fərq yaradacağına isə nə siyasi fəallar nə də hüquqşünaslar inanır.