Vaqif Sadıqov Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin olundu
Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sentyabrın 15-də
sərəncam
imzalayıb.
Vaqif Sadıqov iyulun 26-da Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin
edilib
.
O, 2016-cı ildən Azərbaycanı BMT-də təmsil edirdi.
2004-2010-cu illərdə Azərbaycanın xarici işlər nazirinin müavini və İtaliyada səfir vəzifələrini daşıyıb.