15.10.
Elin Süleymanov Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsindən azad olunaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə dövlət başçısı
sərəncam
imzalayıb.
E.Süleymanov 2011-ci ildən Azərbaycanı Vaşinqtonda təmsil edirdi.
Onun yerinə Azərbaycanın Türkiyədə səfiri olmuş Xəzər İbrahim təyin
olunub
.
***
Ölkə başçısı onların yerinə yeni səfirlər təyin edib
Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov geri çağrılıb.
Onun yerinə Qalib İsrafilov təyin
olunub
.
Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 26-da
sərəncam
imzalayıb.
Prezidentin digər
sərəncam
ı ilə Vaqif Sadıqov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Vaqif Sadıqov 2016-cı ildən Azərbaycanı BMT-də təmsil edirdi.
O, 2004-2010-cu illərdə Azərbaycanın Xarici işlər nazirinin müavini və İtaliyada səfir vəzifələrini daşıyıb.
Onun yerinə təyin olunan
Qalib İsrafilov
u 2011-2021-ci illərdə Avstriyada, Sloveniyada və Slovakiyada səfir vəzifəsində çalışıb.
Dövlət başçısı 2012-ci ildən Azərbaycanın Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrində çalışan Fuad İsgəndərovu da geri çağıran
sərəncam
imzlayıb. Fuad İsgəndərov İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin
edilib
.
Bundan əlavə 2017-ci ildən Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsini daşıyan Xəzər İbrahimin də geri çağrılması barədə
sərəncam
imzalanıb.
Onu bu vəzifədə Azərbaycanın Qazaxıstanda səfiri olmuş
Rəşad Məmmədov
əvəz
edəcək
.
Eyni zamanda, BDU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovun Azərbaycanın Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə
sərəncam
imzalanıb.
A.Məhərrəmov bu ilin 19 aprel tarixində Azərbaycanın İspaniyadada səfiri vəzifəsindən geri
çağrılmışdı
.
Sərəncamdan əvvəl mətbuatda Anar Məhərrəmovun İspaniyada şərab biznesiylə məşğul olması, hətta Madriddən Bakıya konkret restoranlara şərablar göndərilməsi barədə məlumatlar yayılmışdı.
Bu barədə məlumatlar paylaşdığı üçün Abel Məhərrəmov Meydan TV-dən Xarici İşlər Nazirliyinə şikayət də etmişdi.
Dövlət başçısının digər sərəncamları ilə Cavanşir Axundov Azərbaycanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri
çağrılıb
, onun yerinə isə Elnur Sultanov təyin edilib. C.Axundov 2016-cı ilin martından Azərbaycanı Latviyada təmsil edirdi.
Elnur Sultanov 2015-cü ildən Azərbaycanı Trinidad və Tobaqoda təmsil edib.