Peskov deyib ki, Azərbaycan Prezidenti qonaq qismində iştirak edəcək
Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.
Bildirilir ki, Özbəkistan və Tacikistan liderləri Şavkat Mirziyoyev və Emoməli Rəhmonov da tədbirə videobağlantı vasitəsilə qatılacaqlar.
Bu barədə Rusiya Prezdidentinin mətbuat katibi Dmitri Peskov yerli mediaya deyib.
D.Peskovun sözlərinə görə, bu gün ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin görüşdə qonaq qismində iştirak etməsi vacibdir.
Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin liderlərinin Kremldə görüşü artıq başlayıb.
Sammitdə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edir.
D. Peskov V. Putinin bu gün həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcəyini bildirib.
Prezidentin mətbuat katibinin sözlərinə görə, Paşinyan və Əliyevlə iki ayrı görüş, daha sonra isə üçtərəfli danışıqlar planlaşdırılır.
O, həmçinin Aİİ-nin sammitində birgə sənədlərin imzalanmasının gözlənildiyini də deyib.
Avrasiya İqtisadi Birliyi 2014-cü ilin mayında Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır.
Ermənistan həmin ilin oktyabrında birliyə üzv olub.
Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.