İlham Əliyev Etibar Pirverdiyevi danlayıb

”Siz, sadəcə, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında”

Source:
foto Azərtac
foto Azərtac


”Siz, sadəcə, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında”

“Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyalar yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz.

Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında.

İnsanlara bu qədər əziyyət vermisiniz. Metroda qocalar, qadınlar, uşaqlar, xəstələr, liftdə qalanlar…”

Bu sözləri prezident İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə irad tutaraq bildirib.

Prezident deyib ki, bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir:

“Ölkənin kifayət qədər enerji gücü var. Hadisə nəticəsində ölkəyə böyük iqtisadi ziyan dəyib.

Mən bu sahəyə bu qədər investisiya ayırmışam, dövlət investisiya proqramı sahəsində hər il böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir.

Son 15 il ərzində 30 stansiya tikilib. Elə sistem qurulmalı idi ki, ölkənin enerji sistemi çökməsin.

Niyə bölgələrdəki elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Yoxsa havalar isti keçir, istehlak artır – bu, məni qane edə bilməz. Məsələni çox ciddi araşdırmaq lazımdır”.

İyulun 2-dən 3-nə keçən gecə

Mingəçevir şəhəri

ndəki “Azərbaycan” İES-də partlayış baş verib. Nəticədə ölkənin əksər rayonlarında və Bakı şəhərində 2 gün elektrik enerjisi dayandırılıb.

Ana səhifəXəbərlərİlham Əliyev Etibar Pirverdiyevi danlayıb