Mingəçevirdəki ”Azərbaycan” İES-də yenidən qəza baş verib (Yenilənir)

Metronun bütün stansiyaları girişə bağlanıb, qatarlar tuneldə qalıb

Source:


“Bakı metropoliteni”: Bu gün qatarların hərəkəti bərpa edilməyəcək

“Qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı metropoliteni bu gün fəaliyyətini bərpa etməyəcək”. Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

***


Metronun bütün stansiyaları girişə bağlanıb, qatarlar tuneldə qalıb

Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa işləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib. Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb. Rəsmilər APA-ya bildirib ki, hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.

Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi “Bakı metropoliteni” QSC-nin işinə mənfi təsir edib, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyyə olunur. Metronun giriş-çıxışları bağlanıb. Bunu “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov APA-ya deyib. Onun sözlərinə görə, metronun bütün stansiyaları girişə bağlanıb:

“Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Hazırda təmas relslərindən gərginliyin çıxarılması ilə bağlı əmr verilib. Bu addım elektrik enerjisinin yenidən veriləcəyi təqdirdə xoşagəlməz halların qarşısını almaq məqsədi ilə atılıb. Tədbirlər planına uyğun tədbirlər görülür”.

Ana səhifəXəbərlərMingəçevirdəki ”Azərbaycan” İES-də yenidən qəza baş verib (Yenilənir)