Mağazalar iki günlük bağlanır deyə sakinlər vitrinləri boşaldıb. Kassalarda uzunluğu görünməyən növbələr yaranıb. Satıcılar adi günlərdən 2-3 dəfə artıq işləməli olub. Boşaldılan rəflərin yerinə satıcılar yenilərini qoyublar.
Bir gün öncə, 4 iyunda Operativ Qərargah məlumat yaydı ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri, ictimai nəqliyyat və avtomobillərin hərəkəti dayandırılacaq.
Xüsusi təyinatlı, qəza-bərpa, təcili yardım maşınlarının işi istisnadır.
Operativ Qərərgah bunu COVİD-19 infeksiyasına yoluxanların sayının kəskin artması ilə əlaqələndirib.
5 iyunda 338 nəfər COVİD-19 virusuna yoluxub, 4 nəfər vəfat edib. Bu günə qədər ölkədə 6860 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 3871 nəfər sağalıb, 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.