“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanların 2-si general-leytenant, 2-si general-mayor, 12-si isə polkovnikdir
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də II Qarabağ Müharibəsində iştirak edən hərbi qulluqçuları “
Azərbaycan Bayrağı
”, “Rəşadət” və “
Vətən uğrunda
” ordenləri ilə təltif edib.
İmzalanan sərəncama görə, Silahlı Qüvvələrin 288 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Onlardan 56-sı ölümündən sonra bu ordenlə təltif olunub. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanların 2-si general-leytenant, 2-si general-mayor, 12-si isə polkovnikdir. 105 hərbçi 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Onlardan 15-i ölümündən sonra bu ordenlə təltif olunub. Bu ordenə layiq görülənlərin 6-sı polkovnikdir. Həmçinin 3 general-leytenant 1-ci dərəcəli, 9 hərbçi 2-ci dərəcəli, 331 hərbi qulluqçu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərlə təltif olunub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan hərbi qulluqçuların 44-ü ölümündən sonra bu mükafata layiq görülüb.
Eyni zamanda, “Vətən uğrunda” medalıyla təltif edilən 3 601 hərbi qulluqçu sırasında 4 general-mayor, 46 polkovnik və başqaları var. Onlardan 2 756-sı ölümündən sonra bu medala layiq görülüb.
“Azərbaycan bayrağı” ordeniylə təltif olunanlar arasında polkovnik-leytenant Səid Əhmədov, polkovnik Tehran Mənsimov da var. Kiçik gizir Xudayar Yusifzadə və əsgər Cəvrayıl Dövlətzadə isə ölümlərindən sonra adıçəkilən ordenlər təltif ediliblər. Baş leytenant Səid Rəşidzadə, əsgərlər Teymur Abbaslı, Rövşən İsmayılov ölümlərindən sonra "Vətən uğrunda" medalıyla təltif olunublar.
Dövlət başçısı İlham Əliyev
dekabrın 9-da
Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəfər", “Qarabağ” ordenləriylə təltif edib. Eyni zamanda, Polad Həşimova, İlqar Mirzəyevə və İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.
44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunduğu bildirilir.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.
Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.