II Dünya Müharibəsi fotolarda

Bu yazıda İkinci Dünya müharibəsi zamanı çəkilmiş, müharibə deyərkən ağıla ilk gələn fotoları göstərəcək və həmin fotoların tarixçələri haqqında danışmağa çalışacağam.

Source:
Sovet hərbçiləri Meliton Kantariya və Mixail Yeqorov (digər iki hərbçi: Əbdülkərim İsmayılov və Leonid Qorçayev) Reyxstaq binasına SSRİ-nin bayrağını sancırlar. Berlin, 2 may 1945 © Yevgeni Xaldey
Sovet hərbçiləri Meliton Kantariya və Mixail Yeqorov (digər iki hərbçi: Əbdülkərim İsmayılov və Leonid Qorçayev) Reyxstaq binasına SSRİ-nin bayrağını sancırlar. Berlin, 2 may 1945 © Yevgeni Xaldey

Nasist Almaniyasının 1939-cu ilin sentyabrında Polşanı işğal etməsilə başlanan və 1945-ci ilin avqustuna qədər davam edən İkinci Dünya Müharibəsi bəşər tarixində baş vermiş ən dəhşətli müharibədir. On minlərlə insanın ölümünə səbəb olan döyüşlərdə kimyəvi silahlardan, atom bombalarından da istifadə olunub. Bu 6 illik müharibənin 1941-1945-ci illərində SSRİ də faşizmə qarşı mübarizə aparıb. Sovetlərin apardığı bu mübarizə “Böyük Vətən müharibəsi” adlanır. 1945-ci ilin bu günü – mayın 9-da sovet əsgərlərinin SSRİ bayrağını reyxstaq binasına sancması ilə “Böyük Vətən müharibəsi” sona çatdı. Azərbaycan da, təbii olaraq, SSRİ-nin tərkibində bu döyüşlərdə iştirak edib.

Dünya savaşı müharibə fotoqrafları, fotojurnalistlər üçün də öz şah əsərlərini yaratma imkanı vermişdi. Əgər fotoqraflar olmasaydı, yaxud fotoqraflar qorxaq, hadisədən qaçan olsaydılar, bizim bu müharibədən təsəvvürümüz yalnız adlardan, rəqəmlərdən, xəritələrdən ibarət olacaqdı. Ancaq fotoqrafların çəkdiyi fotolardan sonra müharibənin insan həyatını necə məhv etdiyinin şahidi ola bilirik.

Bu yazıda İkinci Dünya müharibəsi zamanı çəkilmiş, müharibə deyərkən ağıla ilk gələn fotoları göstərəcək və həmin fotoların tarixçələri haqqında danışmağa çalışacağam.

Mənbə: Cırcırama bloq

Müəllif: Nurlan Babazadə

Ana səhifəFotoreportajII Dünya Müharibəsi fotolarda