İcra başçısı 300-ə yaxın itin sığınacağını bağlamaq istəyir

300-ə yaxın itin saxlanıldığı sığınacaq bağlana bilər. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bağ evini itlər üçün ayıran Eldar Mansurovu məhkəməyə verib. İcra başçısı Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib. Səbəb kimi qonşuluqda yaşayan insanların narahatlığını və antisanitar şəraiti göstərib.

Məhkəməyə verilən ev sahibi Eldar Mansurovun oğlu Fərid Mansurov Azərbaycan Heyvanların Müdafiəsi İctimai Biriyinin heyvan haqları üzrə inzibatçısıdır. Sığınacaq onun təşəbbüsü ilə üç il əvvəl açılıb. Yaralı itlər bu sığınacağa gətirilir, müalicə olunur və sahibləndirilir. Şikayətlər isə itlərin sayı çoxaldıqca başlayıb.

Sığınacağın qonşuluğunda yaşayan sakinlər itlərin ayrı yerə köçürülməsini istəyirlər.

Fərid Mansurov bildirir ki, itləri insanların verdiyi ianələr hesabına saxlayırlar. Onlar itlərə başqa yerdə sığınacaq ayrılması üçün şifahi şəkildə Xəzər rayon İcra Hakimiyyətinə müraciət ediblər. İcra hakimiyyəti nümayəndələri sığınacaq üçün yer vermək hüququna malik olmadıqlarını deyiblər. Bunun üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüblər.

Xəzər Rayon İcra Hakimiyyətindən suallarımıza cavab verən olmadı. İtlərin sığınacaqdan çıxarılması iddiasına isə 28 sentyabrda Xəzər rayon Məhkəməsində baxılacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ac4t1c

Ən çox baxılan