Hüquq müdafiəçisi: “Bahar energy” əməkdaşlarına işdən çıxma ərizəsi yazmaq üçün böyük məbləğdə pul ödəyir

Şirkət “Green fields Petroleum” şirkətinin (sözügedən yataqlarda 80% paya sahibdir) törəmə şirkəti kimi “Bahar” və “Qum-dəniz” yataqlarında əməliyyatlar həyata keçirir.

Source: Turan İA


Şirkətin səhmlərinin bir hissəsinin “Paşa Holdinq”ə satıldığı deyilir

“«Bahar energy” Əməliyyat Şirkətində işçilərin sayı iki dəfəyə qədər azaldılaraq 400-ə çatdırılacaq. Şirkətdə çalışanlara öz ərizəsi ilə işdən çıxacaqları təqdirdə maaşların 10 mislinin ödəniləcəyi bildirilib”.

Bu barədə Meydan TV-yə uzun müddətdir şirkətdə məsul vəzifədə çalışan işçilərdən biri deyib.

Onun sözlərinə görə, şirkətin “Paşa Holdinq”ə satılması ilə bağlı xəbərlər dolaşır. İşdən çıxanlara böyük məbləğdə pul ödəniləcəyini eşidən kimi, o, özü də könüllü işdən çıxmaq üçün müraciət edib:

“Bir saatın içində tanıdığım 12 nəfər müraciət etdi. Dedilər ki, yüksək maaş alan, dənizdə çalışan neftçilər müraciət etməsinlər. Sonradan bu prosesi saxladılar”.

İşçilər son ayadək maaşlarını “Kapital bank”dan alırlarmış, indi isə həmin bankla müştərək olan “Paşa bank” vasitəsilə əməkhaqları ödənilir: “Pensiya yaşına az qalmış işçilərin əksəriyyəti könüllü işdən çıxmaq üçün müraciət etdi. Bəziləri 10 min manatdan artıq vəsait aldı. Amma sonradan müraciətlərin çox olduğunu görüb dayandırdılar. Onsuz da son zamanlar şirkətdə maaşlar gecikdirilirdi, yollrda qalmışdıq. Deyilənlərə inansaq, “Paşa Holdinq” şirkətin 50 faizinə sahib olmaq istəyir, 50 faizi isə Rusiya şirkətinə satılacaq”.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə bildirib ki, “Bahar energy” şirkəti indiyədək bir çox qanunsuzluqlara yol verib:

Мирвари Гахраманлы
Mirvari Qəhrəmanlı

“Amma müşahidələrim göstərir ki, şirkətdə aparılan ixtisarlarla əlaqədar "sahib" müəyyən dəyişikliklər etməyə başlayıb. Amma bilmirəm "sahib" dəyişlib, yaxud "sahib" dəyişiklik edib. İlkin məlumatıma görə, şirkətin bank hesabı “Paşa bank”a keçirilib, işçilərə işdən çıxma ərizəsi yazmaq üçün böyük məbləğdə pullar təklif olunub, təxminən 50-yə yaxın işçi iri məbləğ alıb işdən çıxmağa razılaşıb”.

Meydan TV “Bahar energy” şirkətindən məsələyə münasibət öyrənə bilməyib.

Ötən ilin sonlarından başlayaraq şirkətin əməkdaşları maaşlarını ala bilmədikləri üçün aksiyalar

keçirirdi

. SOCAR bunun səbəbini abonentlərin kommunal xərcləri vaxtında ödəməməsində, bu səbəbdən qurumun “Bahar energy”yə pul köçürməməsində görürdü.

Şirkət "Green fields Petroleum" şirkətinin (sözügedən yataqlarda 80% paya sahibdir) törəmə şirkəti kimi "Bahar" və "Qum-dəniz" yataqlarında əməliyyatlar həyata keçirir. Qalan 20% SOCAR-a məxsusdur.

Yataqlardan ümumi hasilat 4 400 gündəlik bareldir. Yataqların qalıq ehtiyatları 150 milyon bareldən çox qiymətləndirilir.

Ana səhifəSosialHüquq müdafiəçisi: “Bahar energy” əməkdaşlarına işdən çıxma ərizəsi yazmaq üçün böyük məbləğdə pul ödəyir