Heydər Camal: “Nə qədər ki, Allahşükür və dəstəsi var…”


Heydər Camal Suriyada cihad, Ermənistan, dünya pərdəarxası və Rusiyanın dünyada rolu haqqında danışdı

Rusiya İslam komitəsinin sədri, tanınmış ictimai-siyasi xadim, İslam filosofu, azərbaycanlı Heydər Camal Meydan Tv-yə müsahibə verib.


Moskvanın tarixi mərkəzi.Xudmani, 15 kvadratmetrlik otaq.İlk nəzərə çarpan, mini-kitabxana var. Heydər Camalın nələr oxuduğunu görmək mümkün olmadı.Divarda Azərbaycanın böyük xəritəsi asılıb.Masanın üstündə Fələstin bayrağı var. Onun yanında Ruhulla Xomeyninin çərçivəli fotosu dayanıb, ondan sağda isə Hizbullahın lideri, Həsən Nəsrullah gülümsəyir. Beynimdə doğan ilk fikir: Vikipediya məni yanıltmayıb – Heydər Camal şiədir, həm də xalisindən. Lakin bu, aysberqin görünən tərəfidir. Hər şey o qədər də sadə deyil…


– Son ildə Rusiya ictimai-siyasi həyatının istiqaməti dəyişib. Miqrantlar, Şimali Qafqazdan gələnlər, ümumiyyətlə, müsəlmanlar haqda əvvəlki qədər xəbərlər, informasiyalar yayılmır.Bütün diqqət Ukraynanın üzərindədir. Gəlmələr indi özlərini daha rahat hiss edirlər və şəxsən sizin iş yükünüz azalıbmı?

– Bismillahir-Rəhmanir-Rəhim. Əlbəttə, Rusiya hakim sinfinin vəziyyəti manipulyasiya etdiyini demək olar, çünki iki-üç cəbhədə eyni anda savaşmaq mümkün deyil.Aydındır ki, öz pravoslav, slavyan qardaşları ilə dalaşmağa başlayıbsa, qırğız, tacik və digərlərinin qırtlağını müvəqqəti buraxmalıdır.Axı Qərbdə slavyanların boğazını gəmirmək və eyni zamanda Cənub və Şərqdə MDB nümayəndələrinin qanını əmmək çətin işdir.Amma bu, o demək deyil ki, münasibət dəyişib.Bir neçə faktordan danışmaq olar.Birincisi, Çeçenistanın rolu artıb.Ümumiyyətlə, böhrandan və Qərbin sanksiyalarının işə düşməsindən sonra Ramzan Kadırovun rolu əhəmiyyətli ölçüdə böyüyüb.Əvvəla, ona görə ki, Kremlin əminsizliyi Qroznıda cəmləşən güc faktoruna daha çox əhəmiyyət verməyə onu vadar edir.Kadırovu könüllülərin qondarma Novorossiyadakı iştirakını da bura əlavə edə bilərik.“Charlie Ebdo” jurnalı ilə bağlı hadisələrdən sonra Kadırov küçələrə bir milyon insan çıxardı (Məhəmməd peyğəmbərin karikaturaları əleyhinə keçirilən mitinq nəzərdə tutulur – V.K.). Hətta kənar müşahidəçilərin verdiyi məlumata görə, ora 800 mindən artıq adam toplaşmışdı. Çeçenistan DİN isə milyonun üstündə rəqəmdən danışır.


– Siz də bilirsiniz ki, orada inzibati resurslardan istifadə olunub?

– Amma başqa respublikalardan da ora gələnlər olmuşdu, əsas budur. Orada yalnız çeçenlər yox, həm də kabardinlər, balkarlar, dağıstanlılar, həmçinin mərkəzi Rusiyadan – Stavropoldan, Krasnodardan da gələnlər də iştirak edirdilər.Bu, əlahiddə bir güc nümayişi idi.Buna həm də Kremlə ismarıc da demək olar.Kremldəki məhz hansı qüvvələrə ünvanlandığı haqda çox təfsilatlı danışmaq olar, amma bu, yenə də Kremlə ismarıc idi.Bu hadisələr fonunda da miqrantları əvvəlki tərzdə və miqyasda əzmək problemli görünür.Əvvəllər bir sürü talk-şoular vardı, tez-tez çıxıb danışırdılar ki, qırğızları belorus və ukraynalılarla əvəzləmək lazımdır.Bu gün belə şeylər danışmaq axmaqlıq olar, həm də çox dəxlisiz görünər.Ukraynalılarla indi savaşırlar, ona görə də qırğızları onlarla əvəz etmək haqda danışmaq zamanı deyil.Qırğızlar haqda bir az susurlar, əslində isə müsəlmanlara yönələn zülm və tiranlıq heç yerə yox olmayıb. Bunun göstəricisi, ali məhkəmənin Mordova məktəblərində hicab qadağası ilə bağlı son qərarıdır. Əlbəttə, imamların məsciddən çıxarılıb meydanlarda ölüm qorxusu altında rəqs etməyə məcbur edildiyi Çinlə müqayisə etsək… Orda imamların əllərinə qırmızı bayraqları verib dövlətin şəninə tərif deməyə, “Mən maaşımı Allahdan yox, Çin dövlətindən alıram” hayqırmağa məcbur edilirlər.Təbii ki, Rusiyada belə açıq-aşkar rəzillikləri etmirlər.Buna rəğmən, bibliya-firon təfəkküründən doğan zülm qalmaqda davam edir və müsəlmanlar özlərini burada çox narahat hiss edirlər.Miqrantlarla öz müsəlman vətəndaşlarını ayırd etməyi də bacarmalısan.Volqada və Şimali Qafqazda vəziyyət çox fərqlidir.Konkret region nöqteyi-nəzərindən baxmaq lazımdır məsələyə. Bəli, müharibə dekorasiyaların, kosmetikanın, ritorikanın bir qədər dəyişməsinə rəvac verdi, lakin rejimin müsəlmanlara olan daxili nifrəti hələ də yerində qalır.


– Siz Ramzan Kadırovun adını çəkdiniz.Şəxsən onunla tanışsınız?

– Əlbəttə, biz dəfələrlə görüşmüşük.


– Münasibətləriniz istidir?

– Deməzdim. Amma neytral və normal deyə bilərəm.


– 10-15 il əvvəl təsəvvürünüzə gətirərdiniz ki, çeçenler üçüncü bir dövlətin ərazisində, bir-birləri ilə müharibə edə bilərlər?

– Bilirsinizmi, çeçenlər birinci müharibədə də öz aralarında savaşıblar. Zavqayev və tərəfdarları vardı.

(Sözünü kəsirəm) —


Axı o dövrdə çeçenlər öz aralarında Çeçenistanda, öz maraqları uğruna savaşırdılar.  Bu gün isə  çoxunun dediyi kimi, onlar başqalarının maraqları uğrunda vuruşurlar.

– Mən isə hesab edirəm ki, onlar yenə də Çeçenistan uğrunda vuruşurlar. Novorosiyyada savaşdın, ya da İçkeriya dağlarında – fərqi nədir ki?Bu, yenə də Çeçenistan üçün savaşdır.Daha geniş götürsəm, İslam uğrunda savaşdır.İslamı anlamaq uğrunda. Dünyada islamın siyasi taleyi uğrunda… Sizə elə gəlir ki, Suriyada savaşan çeçenlər Çeçnistan uğrunda, Çeçenistandakı islam uğrunda, özlərinin islam dünyagörüşü uğrunda vuruşmurlar? Səbəblər məhz bunlardır.


– Daha dəqiq olsaq, islam uğrunda, yoxsa özlərinin islam anlayışı uğrunda?

– Bunlar ikisi də eyni şeydir. Siz təsəvvürünüzdən silinmiş, abstrakt islam uğrunda savaşa bilməzsiniz.


– Suriyada baş verənlər, sizin fikrinizcə, cihaddır?

– Əlbəttə.


– Bu gün bu cihadı kim aparır?

– Müsəlmanlar.


– Konkret hansı müsəlmanlar? Bəşər Əsəd də özünü müsəlman hesab edir, ona qarşı vuruşanlar da.

– Biz onu müsəlman hesab edə bilmərik, o, ələvidir. Üstəlik o, dünyavi insandır, Qərb isteblişmenti ilə əlaqələri var. O və atası dinə qarşı bir çox cinayətlərdə iştirak ediblər.Onlar müsəlmanları təqib etmiş, müsəlmanların canına qıymışdılar.Müsəlmanların etirazını, narazılığını qanla basdırırdılar.Bu vəya digər səbəblərdən dolayı onlar bir sıra fundamental səhvlər buraxmış və silahlı qüvvələrinin əli ilə insanlığa qarşı cinayətlər işləmişlər.Divarlara qraffiti çəkən uşaqlara işgəncələr vermişlər.Hər şey nədən başladı?Bu sual bu gün unudulub, arxa plana keçib. Əsəd rejimi ilə mübarizə 1945-ci ildən bu yana davam edir.


– Siz onun ələvi olduğunu qeyd etdiniz. Ələvilər müsəlmanlar deyil?

– Xeyr, onlar sektadır.


– Bəs cəfəri-şiələr?

– Bu, çox çətin sualdır. Gəlin, sizə bir söz deyim.Bu gün real şiəlik, ümumiyyətlə, yoxdur.Çünki bu gün özlərini şiə kimi mövqeləndirənlər, şiə-filan deyillər.Bunlar axunddurlar.Birincisi, şiələr şərti desək, sələfidirlər.Hansılar ki, sələfilərdən daha betər sələfidirlər.Əgər sələfilər özlərini sələflərə, mübarək əcdada və ilk müsəlmanlara aid edirlərsə, o zaman bu tərifə ən çox uyğun gələnlər şiələrdir.Düzdürmü?İndi isə gəlin baxaq, mübarək səhabələr arasında bugünkü axundlara oxşayanlar varmı?Peyğəmbərimizin zamanında belə axundlar vardı?


(Həqiqi şiələrin nə üçün qalmadığı haqda müfəssəl söhbətə başlayır.Qəfil telefon zəngi hekayəni bölür. Kimsə xəbər verir ki, Yekaterinburqda məscidi bağlayıblar)

– Biz harda qalmışdıq?


– Siz cəfərilərdən danışırdınız.

– Hə, onu deyirəm ki, dünyamızda çox şey var, bir cür adlanır, amma mahiyyəti tamam başqadır. Özlərinə şiə deyənlər əslində sufilərdir. Özlərinə sələfi deyənlər də həzrəti Əliyə daha yaxın ola bilərlər, nəinki şiələrin özləri.


– Suriya və İraqda özlərinə “müsəlman” deyənlər yaxaladıqları adamdan heç dinini, inancını soruşmurlar, birbaşa edam edirlər. Buna münasibətiniz necədir?

– Məncə, burada çoxlu informasiya zibili var. Çünki biz hadisələrin gerçək üzünü görmürük, bilmirik.


– Videolar var.

– Bu görüntülər səhih deyil. Həm də orda şiələri yox, amerikalıları kəsirlər, mən başa düşdüyüm qədər.


(İslam tematikasına daldıqca, amerikalıları kəsməyin islamdakı yeri haqqında soruşmaq yaddan çıxır)


– Mən bir il əvvəl çıxan materialları nəzərdə tuturdum. Nə isə, materialların səhihliyini bir kənara qoyaq.Mən bilirəm ki, siz aktiv internet istifadəçisisiniz.Özlərini Əhli-sünnə vəl camaat adlandıran və şiələri kəsməyin halal olduğunu iddia edənlərə rast gəlməmisinizmi?Buna münasibətiniz nədir?

– Məncə, bu insanlar islam ümməti içərisində siyasət və strategiya anlayışından uzaqdırlar. Onlar xarici əlamətlərə aldanırlar və anlamırlar ki, bu əlamətlər çox təhrikedici ola bilər. Sünnilərin əksəriyyətinin inandığı kimi inanan, Allahın transendentallığını qəbul edən və ondan başqa özünə dost seçməyən adam da bir gün Raca təlimi ilə qarşılaşa bilər. Sistani və Lənkarani kimi ayətullahlara baxırsan ki, onlar nəyi təbliğ edirlər? Qiyamətə yaxın 12 imam qayıdacaq, hər biri Mehdi cismində olacaq, eyni zamanda Yezidlə Müaviyyə də qayıdacaqlar ki, qiyamətdən əvvəl bu dünyada cəzalarını alsınlar. Əlbəttə, onlar (radikallar – V.K.) belə qəribə fikirlərlə qarşılaşanda şoka düşürlər və başlayırlar qarşı tərəfi təkfir etməyə.Bu, mənim zənnimcə, sağlam siyasət deyil.Bu münasibəti dəstəkləyən və dərinləşdirən amil isə İran İslam Respublikasının yürütdüyü dolaşıq və ikili oyundur.İran sələfi qurumlarını CIA mətbəxində hazırlanmaqda ittiham edir, deyir, onlar Qərb xüsusi xidmət orqanlarının layihəsidir.Amma biz pərdəarxasına nəzər salsaq görərik ki, İran da ABŞ və Qərb xüsusi xidmətləri ilə qəşəngcə əməkdaşlıq edir.Mücahidləri yaxalayır və Qərbin xüsusi xidmətlərinə təslim edir, İran dövlətinə sığınanları da əfv etmir.ABŞ İranı bir sıra layihələrə cəlb etməklə, onun dəstəyini qazanır.Əsasən 2001-ci ildə, Əfqanıstan işğal olunan zaman İran NATO koalisiyasına böyük xidmətlər göstərmişdi.Yəni çirkli oyunlar gedir burada. Uzun sözün qısası, dünyanızda hər şey birmənalı deyil, hamı bir-birindən istifadə edir… Türkiyə İŞİD-i dəstəkləyir, Səudiyyə Ərəbistanı İŞİD-ə qarşı koalisiyada iştirak edir.Qatar Səudiyyə Ərəbistanı ilə dava edir və İŞİD-ə dəstək verir.




Müxətlif qruplar, cəmiyyətlər, mətbuat və hökumət nümayəndələri İŞİD-çiləri müxtəlif cür adlandırırlar. Son zamanlar cihadçılar termini möhkəm mövqeyə malikdir.Bundan başqa, onları vəhhabi, sələfi, təkfirçi, hətta xaricilər də adlandırırlar.Sizcə, onlar kimlərdir?

– Mənə elə gəlir ki, bu, formaları, konturları hələ qeyri-müəyyən olan bir siyasi islam mənzərəsidir. Bunu 18-19 əsrlərdəki sosialist hərəkatı ilə müqayisə etsək, təxminən 1848-ci ilin inqilabına bənzədə bilərik. O vaxt gənc Marks Almaniyadan yenicə qaçmışdı, amma hələ “Kapital”, “Alman ideologiyası”, Kommunist manifesti” yazmamışdı. O zaman anarxist Bakunin meydana girdi. Yəni bu, hələ xeyli çiy, amma gələcək imkanlarını və gücünü anlayan bir hərəkat idi. Siyasi islam bu cür yakobenlikdən uzaqlaşdı, öz ilkin stadiyasından uzaqlaşdı. Hələ də işlənmiş siyasi fəlsəfədən, ciddi hazırlanmış sosial və iqtisadi ideolojidən yoxsuldur.Bunları hələ bundan sonra qurub-yaratmalıdırlar.



Yəni terminlərdən heç biri işə yaramır?

– Bunlar əsasən, islama nifrət edən jurnalistlərin yapışdırdığı yarlıklardır. Məqsəd qorxu, təlaş yaratmaqdır.Vəhhabi, sələfi, təkfirçi kimi yarlıkların sayı artdıqca, insanların başı daha çox qarışır.


– Cəmiyyət günahsızların edam videolarını anlamalıdırmı?

– Cəmiyyət niyə nəyisə anlamalıdır ki? Məsələn, bir dron uçaraq gəlir və “hellfire” raketi ilə toyu, ya da yası vurur, cəsədlər tikə-parça olub ətrafa saçılır, sonra o parçaları heyvan tikələrindən ayırmaq olmur. Bu, qəfəsdə diri-diri yandırılmaqdan daha yaxşıdır?Minlərlə insan Amerika dronları ilə bu cür qətlə yetirilib.Cəmiyyətin buna reaksiası varmı?Nobel mükafatı laureatını (Barak Obama – V.K.) məsuliyyətə cəlb edirlərmi? Anti-Buş şüarları gəlib Nobel mükafatı alan adam, Buşun özündən çox cinayətlər işləyib. Amerikanın özündə də vəhşi əməllərin məsuliyyəti onun vicdanı üzərindədir – məhkəmə qərarı olmadan danışıqları dinləmə haqqı; təhlükəli olduğuna qərar verilən istənilən adamın dünyanın istənilən yerində aqibətinin həlli haqqı. Məsələn, mənəvi-əxlaqi cinayətlər işləmiş hansısa Dempsi, ya da Petreus, götürüb prezidentə Avuaki adlı bir nəfərin sənədlərini verər ki, bu adam ABŞ üçün təhlükəlidir. Bununla da onun dronla imha edilməsinə göstəriş vermiş olacaq.İctimaiyyət bu barədə susur.Ona görə də ictimaiyyətin nə düşünüb- düşünməməyi o qədər də önəmli deyil.


– Son 2-3 ildə şiəliyin protest potensialı çox zəifləyib…

– O hər zaman zəif olmuşdur.


– Ötən illərdə, bir çox amillərə bağlı olaraq bu potensial böyüyürdü. Məktəblərdə hicab qadağası, İran faktoru – bu vəya digər şəkildə rol oynayırdı.

– Mən Nardaranın İslam Partiyası ilə sıx əlaqədəyəm.Nardaran mənim sevimli məkanım olub.Həmişə ora dincəlməyə və oranın nəbzini tutmağa gedirdim.İndi isə görürəm ki, ora çox dəyişilib və dəyişilməkdə davam edir.Oranı çox pis dağıtdılar.Azərbyacanda məzhəbi gözdən salan Allahşükür və dəstəsi olduqca, bu istiqamətdə müsbət hansısa dəyişikliklərin olacağını güman etmirəm.


– Azərbaycanda ənənəvi dini çevrələrin etiraz səslərinin zəifləməsini çoxu ölkədə radikal sələfiliyin geniş yayılması ilə əlaqələndirib, bununla bağlı müəyyən, yeni çağırışların olduğuna diqqət çəkirlər. Sizcə, bu hadisələr bir-biri ilə əlaqələdirmi?

– Mən parlament qəzetində, İŞİD-lə bağlı dəyirmi masada iştirak edərkən, maraqlı bir epizodla qarşılaşdım. Hələ o zaman Kobaniyə yeni-yeni hücumlar başlayırdı.Orada bir qruo kürd vardı, məncə, Rusiya kürdləri idilər.Əlbəttə ki, onlar Kobaniyə dərhal silah və digər yardımların edilməsini tələb edirdilər.Bu gün Poroşenkonun etdiyi kimi.Orada gənc bir kürd vardı, ən sonda çıxın edən də o oldu. Maraqlı bir fikir dedi – dünya sistemi o qədər ədalətsiz, insan təbiətinə o qədər düşməndir ki, Yer kürəsinin hər bir vətəndaşı bu qlobal cəmiyyət təşkilatının opponentinə çevrilir. Ona görə də istənilən adam bu gün əlinə silah alıb sosiumun əleyhinə qarşı cəbhədə dayana və ona savaş elan edə bilər. Ona görə biz nə etməliyik?Dünya rejimini və sistemini ekstremistlərdən və radikallardan qorumalıyıq?

Hardan başladım, nə ilə bitirdim.Fikir verin, dediklərimin birinci hissəsi daha dəqiqdir.Məncə, dünya sistemi mütləq və xalis şərdir.Üçüncü dünya ölkələrində bu şər çox açıq və bilavasitə yaşanır.Qızıl milyard ölkələrində isə indi-indi oyanıb bunun nə böyük şər olduğunu anlamağa başlayırlar.Çünki qızıl milyard ölkələrinin ictimaiyyətinin başını, orta təbəqənin formalaşma perspektivi yalanı ilə aldadıblar.Ona görə də Qərb meqapolisinin sakini elə zənn edirdi ki, o da bankirlər, oliqarxlar və baş nazirlərlə bir yerdə rifah cəmiyyəti quruculuğunda iştirak edir.İndi isə başa düşməyə başlayırlar ki, bu rifah cəmiyyəti kədərli bir zarafatdır.Onları sadəcə olaraq dolayıblar.Ona görə də İŞİD sıralarında avropalıların sayı artır.Mənə elə gəlir ki, Azərbaycanda da bu həqiqət başa düşməyə başlayırlar ki, dünya sisteminin nəzərində onlar əzilməsi gərəkən tarakanlardır. Ona görə də bu tarakanlar sistemə müvafiq cavab verəndə, gərək heç kim təəccüblənməsin.


(Qəfildən fərqinə vardım ki, söhbət bütünlükdə din müstəvisinə keçib.Vəziyyətdən çıxmaq lazım idi).


– Sizə qulaq asdıqca, prinsipcə çox mürəkkəb, anlaşılması çətin olan şeylər haqda danışdığınızı görmək olur. Sizcə, Azərbaycanda tanınmamağınız buna səbəb kimi göstərilə bilər? Əgər əlbəttə siz bununla razılaşırsınızsa…

– Mən bununla razı deyiləm, çünki məni tanımayan azərbaycanlıya hələ rast gəlməmişəm. Özü də təhsil səviyyəsindən asılı olmadan, istənilən azərbaycanlı məni görəndə dərhal tanıyır.


– Siz Rusiyadakı, yoxsa Azərbaycandakı azərbaycanlıları nəzərdə tutursunuz?

– Burada da, orada da – fərqi yoxdur. Bakıya gəlirəm, hamı məni tanıyır.Dondurma alıram, satıcı qadın mənə adımla müraciət edir.Yəni problem yoxdur.Bilmirəm, siz nə üçün hesab edirsiniz ki, mənim orada tanınmaqla bağlı problemim var?Tanınmış bütün KİV-lər məndən müsahibələr alırlar. O başqa məsələdir ki, onlar üçün sizə danışdığım şeylər haqda danışmıram, çünki onlar mənə əsasən Qarabağla bağlı suallar verirlər. Erməni məsələsinə dair mən öz mövqeyimi heç vaxt gizlətməmişəm, bu mövqe dəyişməz olaraq qalır – Ermənistan dövlət kimi mövcud olmamalıdır.


– Bakıda ekspertlərin və politoloqların çoxu Azərbaycan dövlət aparatının Rusiya hökumətinin davranış modellərini olduğu kimi kopyaladığını hesab edir. Qanunvericiliyi götürsək, Rusiyada qəbul olunan qanunların eynisi, uzağı yarım il sonra Azərbaycanda qəbul edilir. Siz bu müşahidə ilə razısınız?

– Mən qanunvericilik fəaliyyətini izləmirəm.


– Qanunvericiliyi bir kənara qoyaq, hökumətin davranışları və siyasi konyunktura haqqında nə deyərdiniz?

– Bu, axı MDB-dir. MDB-də hər şey Moskavnın kalkasıdır. Eyni şeyi Qazaxstan, ya da Lukaşenko haqqında da demək olar. Orta Asiyada, Qırğızıstanı müəyyən şərtlərlə çıxsaq, bütün başçılar öz adamlarıdır, keçmiş birinci katiblərdir. Bircə Türkmənbaşı obiri iə əvəzləndi.Hətta sonradan gələnlər də eyni emalatxanadan çıxıblar.Ona görə də onların mentaliteti, əlaqələri, münasibətləri bir paradiqmanı formalaşdırır.


– Sonuncu sual. Böhran, Ukraynada müharibə və Qərbin sanksiyalarından sonra Rusiyada nəsə dəyişəcəkmi?Yaxın bir-iki ildə nələr gözləyirsiniz?

– Dünyada da, Rusiyada da dəyişəcək. Biz çoxcəbhəli müharibə erasına qədəm qoyuruq.Bu, çox böyük, fəqət kiçik cəbhələri olan bir müharibə olacaq.Yeni sosial-siyasi formasiyaya keçidqabağı bir fasilə yaranacaq. Ona görə ki, bizə məlum olan kapitalizm və liberalizm can verir. Onlar demək olar ki, son aylarını yaşayırlar. Maliyyə və spekulyasiya kapitalı meydana çıxan andan, kapitalizm məhvə məhkum olmuşdur… Avropada hakimiyyətə yeni, qara qüvvələr gələcək.


– Rusiyaya nə olacaq?

– Böyük sualdır. Bir neçə variant var. Rusiya bu yeni, qaranlıq qüvvələrin tam nəzarətinə də keçə bilər.Bu, insanlar üçün faciə ilə nəticələnəcək.Ya da ki, müqavimət meydanına çevrilə bilər.Təbii ki, hazırda mövcud olan konfiqurasiyada yox.Ölkəni bürüyəcək qorxunc böhrandan, qlobal çırpınışlardan doğan konfiqurasiyada.1917 inqilabı yarımçıq qalmışdı.1917-1928-ci illər, Rusiya öz ilkin təyinatına cavab verirdi, amma sonradan mütəşəkkil lümpenlərin təsiri altına düşdü.Bu lümpenlər inqilabı oğurlamışdılar, sonradan əks-inqilab termidorunu həyata keçirmişdilər və hər şeyi dünya hakimiyyətinə xidmət etmək üzrə təşkil etmişdilər.Nəticədə onlar görülən bütün işləri məhv etdilər.Amma mövzu hələ də aktualdır.İpatyevin malikanəsinin zirzəmisində başlayan mövzu çox maraqlı mövzudur.Onun sayəsində Rusiya unikal bir quruluş qazanmış və unikal bir məkana çevrilmişdi.Elə bir məkana ki, dünya maliyyə zülmünün və fironluğunun bütün oyunları burada pozulurdu.Yeltsinin darmadağın etdiyi bu İpatyev malikanəsinin zirzəmisinə bir daha qayıtmaq lazımdır.Oradan da, səhv etmirəmsə, Şatrovun pyesində deyildiyi kimi, irəli-irəli-irəli getmək lazımdır.




Təşəkkür edirəm.

Ana səhifəVideoHeydər Camal: “Nə qədər ki, Allahşükür və dəstəsi var…”