Həsirçi

Siddiqə Alışova 1953-cü ildə Masallıda anadan olub

Source:

Siddiqə xanım, yay aylarında sifarişlərin çoxluğunu nəzərə alaraq iş saatını da artırır

Siddiqə Alışova 1953-cü ildə Masallıda anadan olub. Həsir toxumağa isə 1974-cü ildən başlayıb. Nəsildən-nəsilə ötürülən bu sənəti daşıyan Siddiqə xanım, hazırda Masallıda tanınmış həsirçilərdən sayılır.

Yay aylarında sifariş çox olduğundan demək olar ki, günü çox hissəsini həsir hazırlamaqla keçirir. Gün ərzində 4-5 həsir hazırlaya bilir. Bir həsiri hazılamaq üçün 2 saata qədər vaxt tələb olunur.

Sifarişləri daha çox qonşu ölkələrdə yaşayan azərbaycanlılar verir. Siddiqə xanım deyir ki, həsirə tələbat ona görə var ki, “evi nəmişlikdən qoruyur və sərin saxlayır”. Həsirin də uzunluğundan asılı olaraq qiyməti 7 manatdan 50 manataq qədər dəyişir.

Siddiqə xanım sifarişdən asılı olaraq hər gün 4-5 həsir hazırlaya bilir

Sifarişlərdən asılı olaraq həsirlərin uzunluğu 10-15 metrə qədər uzana bilər
Sifarişlərdən asılı olaraq həsirlərin uzunluğu 10-15 metrə qədər uzana bilər
Siddiqə xanım, yay aylarında sifarişlərin çoxluğunu nəzərə alaraq iş saatını da artırır
Siddiqə xanım, yay aylarında sifarişlərin çoxluğunu nəzərə alaraq iş saatını da artırır
4 metrlik həsir hazırlamaq üçün təxminən 2 saata qədər vaxt tələb olunur

Siddiqə xanım həsir toxumağı gənc yaşlarından öyrənməyə başlayıb və bugünə qədər də bu işi davam etdirir

Dənizdən yığılmış qamışlar qurudulduqdan sonra istifadəsi üçün təmizlənir və həsir hazırlanmasına başlanılır

Ana səhifəFotoreportajHəsirçi