Gözəl Bayramlının pasportla bağlı problemi həll olundu

AXCP sədrinin müavini G.Bayramlı dünən səhhətindəki problemlə əlaqədar təcili müalicə olunmasını xatırladaraq, qonşu ölkəyə getməsinə problem yaradıldığını yazmışdı.

Source: meydan tv


''Məsələyə cəmiyyətin sərt reaksiyası öz təsirini göstərdi''

AXCP sədrinin müavini Gözəl Bayramlı iyulun 25-də pasportunu alıb.

Bu barədə Gözəl Bayramlı özü “Facebook” hesabında yazıb.

Gözəl Bayramlı pasportunun verilməsini cəmiyyətin sərt təpkisi ilə əlaqələndirib:

“Nəhayət, bu gün pasportumu aldım. Məsələyə cəmiyyətin sərt reaksiyası öz təsirini göstərdi. Ona görə də, hər kəsə bir daha təşəkkür edirəm. Var olun!”.

AXCP sədrinin müavini

G.Bayramlı

dünən səhhətindəki problemlə əlaqədar təcili müalicə olunmasını xatırladaraq, qonşu ölkəyə getməsinə problem yaradıldığını yazmışdı.

G.Bayramlı 2017-ci ilin mayında Gürcüstandan qayıdarkən “Sınıq körpü” gömrük-keçid məntəqəsində saxlanmışdı. Onun çantasından bəyan edilməmiş 12 min dollar tapıldığı iddia olunaraq, barəsində CM-in 206-cı (qaçaqmalçılıq) maddəsilə cinayət işi başlandı. Qazax Rayon Məhkəməsinin hökmüylə G.Bayramlıya 3 il həbs cəzası verildi. Yuxarı instansiya məhkəmələri də hökmü qüvvədə saxladı.

G.Bayramlı bu il martın 16-da prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb. G.Bayramlıya hansı səbəbdən pasport verilməməsinə Daxili İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb. G.Bayramlı özünü təqsirli bilmir, siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu deyir.

O bildirir ki, çantasından çıxdığı iddia olunan 12 min dolları ora gömrük əməkdaşlarının özü atıb, bu plan əvvəlcədən hazırlanıb. Siyasətçi xanımın sözlərinə görə, bu üzdən də saxlandığı gün gömrük-keçid məntəqəsində videokameraların qeydə aldığı görüntüləri ortaya çıxarmadılar.

Ana səhifəXəbərlərGözəl Bayramlının pasportla bağlı problemi həll olundu