Mənbə: Meydan tv

Gəncə işi: "Evin əşyalarını satıb, məhkəmələrə gəlirik"

Gəncə işi: "Evin əşyalarını satıb, məhkəmələrə gəlirik"

Gəncə hadisələrindən sonra həbs olunan bir qrup şəxsin Sabunçu Rayon Məhkəməsində işinə baxılıb. Onlar kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə, polisləri öldürməyə cəhd kimi maddələrlə ittiham olunurlar.

“Biz elə bil küçə qadınıyıq. Evin əşyalarını satıb məhkəməyə gəlirəm. Ay Mehriban xanım, Gəncəyə gəlib böyüklərlə, məmurlarla görüşüb gedirsən. 3 nəfər də valideyn çağır, qəbul elə bizi. Qoy biz də dərdimizi deyək”, - Etibar Hüseynova deyir.

2018-ci ildə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsd olundu. Bir həftə sonra isə Gəncənin mərkəzində aksiya keçirildi. Həbs olunanların valideynləri övladlarının təkcə meydana getdiyinə görə ittiham olduğunu deyirlər.

Ötən prosesdə prokuror təqsirləndirilən şəxslərə 5 ildən 16- ilədək iş istəyib. Ən çox iş istənilən Bəkrəm Əliyev və Həbib Qurbanov buna etiraz olaraq bir həftəyə yaxındır aclıq aksiyasına başlayıblar. Valideynlər deyir ki, 15 il azadlıqdan məhrum olunması istənilən Həbib Qurbanov polisləri xəncərlə qətlə yetirməkdə suçlanan Rəşad Böyükkişiyevin yaxınlığında görüntüləndiyi üçün həbs olunub.

Növbəti məhkəmə prosesi sentyabrın 18-nə təyin olunub. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər. Gəncə olaylarına görə 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, digərləri hazırda apelyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində dörd nəfər məhkəmə zalından azadlığa buraxılıb. Avqustun 30-da isə daha bir nəfər azad olundu.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6xa0tk

Ən çox baxılan