Fransada vurulan azərbaycanlının jurnalist yox, kriminal şəxs olduğu deyilir

Rey Kərimoğlu: “O, “Əlillər” qəzetində müxbir yox, qəzetsatan kimi çalışırdı”

Source:

Fransanın cənubundakı Tuluza şəhəri yaxınlığında yaşayan azərbaycanlı Rahim Namazov və həyat yoldaşı Aidə Namazova güllələnib.

Məlumatı ilk olaraq Fransanın “La Depeche” saytı

yayıb

.

Yerli mətbuatın bildirdiyinə görə, “Audi” markalı avtomobildən düşən şəxs başqa maşında olan Rahim Namazovu və həyat yoldaşını hədəfə alıb. Onun yoldaşına 7 güllə vurulub. Güllə Aida Namazovanın başından dəydiyindən, o, yerindəcə ölüb. Rahim Namazov isə çiynindən yaralanıb.

Rahim Namazovun 39 yaşı var. Onun 2010-cu ildə Fransaya gedib, orada siyasi sığınacaq aldığı bildirilir.

“Reuters” informasiya agentliyi isə polisdəki mənbəyə istinadla hücuma məruz qalanın jurnalist olduğunu yazır.

Rahim Namazov ötən ilin dekabrında “YouTube”-da yerləşdirdiyi videoda Azərbaycan ordusunda əsgərlərə qarşı davranışdan yazdığına görə həbs olunduğunu bildirib.

“Rahim Namazov ölkəsində işgəncəyə məruz qalıb və həbs olunub. O, Fransada siyasi qaçqındır. Bunun hesablaşmadan başqa bir şey olması ağıla gəlmir”, – hadisənin baş verdiyi Kolomye şəhərinin meri Karine Mixhelet-Traval “La Depeche” qəzetinə deyib.

Azərbaycan mediası isə onun kriminal aləmlə əlaqəli olduğunu deyir. “

Report

” yazır ki, Rahim Namazov “kriminal aləm”də “Opasnı Roma” və Rahim Şəkinski kimi də tanınırmış.

Sosial şəbəkələrdə də Rahim Şəkinski adı ilə tanınan bu şəxs kriminal aləmin məşhur simalarını, xüsusilə Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən video və səs yazıları yayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Rahim Namazovun jurnalist olmadığını deyir:

“Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rahim Namazov adlı jurnalist olmayıb. Bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır. Xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var. Çox güman ki, Rahim Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür”.

Rahim Namazovun vaxtilə “Əlillər” qəzetində çalışdığı haqda da məlumatlar var.

Vaxtilə Qarabağ qazilərinin nəşr etdirdiyi “Əlillər” qəzetinin əməkdaşı olmuş jurnalist Rey Kərimoğlu isə deyir ki, Rahim Namazov həmin qəzetdə müxbir kimi çalışmayıb:

“O vaxt “Əlillər” qəzetinin baş redaktoru Müştəba İsmayıloğlu Rahim Namazovu qəzetsatan kimi işə götürmüşdü. O, qəzetlərin əlyayımı ilə məşğul olurdu. Bizim o adda müxbirimiz olmayıb. 2001-ci ildə Qarabağ əlillərinin aksiyası olarkən qoşulmuşdu onlara. Bir az da emosional gənc idi. Videoda görüntüsü düşmüşdü deyə onu da saxlamışdılar. Sonra məhkəmənin hökmü ilə 5 və ya 6 il azadlıqdan məhrum edildi. Yarım ildən sonra da prezident Heydər Əliyevin əfv sərəncamına düşdü. Ondan sonra yoxa çıxdı, onu görmədik. Ola bilsin bizdə işlədiyi dövrdə baş redaktor ona vəsiqə versin, o da həmin vəsiqədən istifadə etsin. Mənim bu barədə dəqiq məlumatım yoxdur”.

Adının açıqlanmasını istəməyən başqa bir mənbə isə Meydan TV-yə Rahim Namazovun deputat Qüdrət Həsənquliyevin yaxın qohumu olduğunu deyib. Lakin deputatla əlaqə saxlayıb bunu dəqiqləşdirmək mümkün olmayıb.

Ana səhifəXəbərlərFransada vurulan azərbaycanlının jurnalist yox, kriminal şəxs olduğu deyilir