Ermənistanla Azərbaycan nümayəndələrinin sərhəddə görüşdüyü bildirilir

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

Rəsmi Bakı məlumatı hələ ki təsdiqləməyib

Ermənistan-Azərbaycan sərhədində iki ölkənin nümayəndələri görüşüb.

Məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

Bildirilir ki, tərəflər sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparıb və nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb:

“Hazırda işlər davam edir, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək“.

Ancaq Azərbaycan tərəfi hələlik görüş barədə rəsmi məlumat verməyib.

Məlumata görə, martın 30-da Azərbaycan ordusu göstırilən istiqamətdə bir sıra yüksəklikləri tutub və Ermənistanla şərti sərhəd sahəsini nəzarətə götürüb.

2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən İkinci Qarabağ müharibəsində hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətErmənistanla Azərbaycan nümayəndələrinin sərhəddə görüşdüyü bildirilir