Ermənilər FHN əməkdaşını yaraladı

Erməni silahlı qüvvələrinin atəşi nəticəsində bir yanğınsöndürən yaralanıb.

Source:

Erməni silahlı qüvvələrinin atəşi nəticəsində bir yanğınsöndürən yaralanıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, yaralananlardan biri Fövqəladə Hallar Nazirliyinin Ağdan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Akif Mustafayev olub.

O, Ağdamın Əfətli ərazi nümayəndəliyinin Qaradağlı kəndini ermənilərin iri çaplı silahlardan atəşə tutması nəticəsində evlərdə baş vermiş yanğını söndürən zaman top mərsindən yaralanıb.

Qarın boşluğundan xəsarət almış A. Mustafayev Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

Ana səhifəAnalitikaErmənilər FHN əməkdaşını yaraladı