Erməni hərbçilər Qarabağda Azərbaycan maşınlarının yoxlanışında iştirak edirlər

Rusiya sülhməramlılarının rəsmi saytı Suqovuşan-Ağdərə-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan maşınlarının yoxlanılması ilə bağlı video yayıb. Qozlukörpüdəki müşahidə məntəqəsində yoxlanış zamanı erməni əsgərlərin də orada olması Azərbaycanda narazılığa səbəb olub. Əsgər geyimli həmin şəxslər birbaşa yoxlamada iştirak etməsələr də, maşına boylanır, prosesi izləyirlər. 2020-ci ilin noyabrında imzalanmış birgə bəyanatla ərazıyə nəzarəti Rusiya sülhməramlıları həyata keçirir. Onların missiyasında hər hansı tərəflə birgə yoxlama yoxdur. Bəs sülhməramlı missiyanı üzərinə götürən Rusiya tərəfinin buna imkan verməsində, bu görüntüləri yaymasında məqsəd nədir? Bu suala rəsmi cavab almaq mümkün olmayıb.

Ana səhifəVideoErməni hərbçilər Qarabağda Azərbaycan maşınlarının yoxlanışında iştirak edirlər