Əli Əhmədov: Ermənilər peşman olacaq

”Erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib”

Source:


”Erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib”

“Cəbhədə belə bir təxribatın məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törədilməsi

ermənilərin

təxribatçı xislətindən xəbər verir”.

“Trend”-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

Ötən gündən başlayaraq sərhəd bölgəsində baş verən atışmaya münasibət bildirən Əli Əhmədov deyib ki, Ermənistanın müxtəlif bəhanələrlə tez-tez təxribatlar törətməsi yenilik deyil:

“Təəssüf hissi ilə qeyd edirəm ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib. Görünür, heç əl çəkmək də istəmir. Bugünə qədər ermənilər təxribatlar vasitəsilə aranı qarışdıraraq öz niyyətlərinə çatmağa cəhdlər göstəriblər”.

Baş nazirin müavini bildirib ki, ermənilər törətdikləri təxribata görə peşman olacaqlar:

“Qəti inanıram ki, Azərbaycan Ordusu, qəhrəman əsgərləri həmişə olduğu kimi, bu dəfə də erməni təxribatına layiqli cavab verəcəklər. Ermənilər də itkilər verərək törətdikləri təxribata görə peşman olacaqlar. Azərbaycan Ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən çıxmağa hazırdır”.

Ana səhifəXəbərlərƏli Əhmədov: Ermənilər peşman olacaq