İtkilərin sayı dəqiq açıqlanmır
Fevralın 24-dən 25-ə keçən gecə cəbhə boyunca gedən döyüşlərdə Azərbaycan tərəfi itki verib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən qarşı tərəflə daha ağır döyüş toqquşması baş verib və bu zaman Azərbaycan itki verib:
“Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhəboyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərinə soxulmağa cəhd göstərib”.
Məlumatda qeyd olunur ki, döyüş nəticəsində qarşı tərəf geri çəkilib. İtkilərin ümumi sayl açıqlanmır.
“Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir” – məlumatda deyilir.