“Dünyanın heç bir yerində jurnalistə mənzil paylanmır” 3 may Beynəlxalq Mətbuat və Söz Azadlığı Günüdür. 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub. Azərbaycanda mətbuatın durumu və gözləntilər barədə sualları Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı cavablandırır.