Dövlət Təhlükəsizlik Xidməti son günlər icra orqanlarında və başqa qurumlarda pul vəsaitlərinin mənimsəməsi il bağlı əməliyyatlar həyata keçirib. Çəkilişdən göründüyü ki, DTX əməkdaşları qapını açır və icra başçılarını elə iş başında yaxalayır. Ağstafa, Neftçala, Biləsuvar və İmişlidə keçirilən əməliyyatlarda icra başçıları rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə suçlanırlar.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev yeni iqtisadi böhran, neftin qiymətinin düşməsi nəticəsində hakimiyyətin oyun qaydalarının dəyişdirildiyini deyir.
Müxalif siyasətçi Azər Qasımlı Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əmliyyatları şou adlandırır. O, sistem dəyişikliyi olmadan korrupsiya, mənimsəmə fəaliyyətinin önünü kəsməyin mümkün olmayacağını deyir.
Mayın 8-də DTX Mədəniyyət Nazirliyində də əməliyyat keçirilib. Ancaq burada nazirin özü yox, müavini Rafiq Abbasov və xidmət rəisi Zakir Sultanov külli miqdarda mənimsəmə və israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda maddələriylə ittiham olunub. Əlavə olaraq bu gün – mayın 13-də DTX məlumat yayaraq bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir
İcra başçıları ötən ildən dəyişdirilir, bəzilərinin əvəzinə yeni gənc kadrlar təyin olunur, başqaları isə sadəcə kreslosunu dəyişdirir. Son dönəmlərsə vəzifədən uzaqlaşdırılan məmurlar dəmir barmaqlıqlar arxasına göndərilir.
Jurnalist Mehman Əliyev ölkə başçısı İlham Əliyevin çıxışlarında məmurlara vəziyyətlə bağlı bir neçə dəfə xəbərdarlıqlar etdiyini deyir.
Vətəndaşlar demişkən, Bakı sakinləri icra aparatında və digər qurumlarında iddia olunan mənimsəmə faktları ilə bağlı nə düşünür?
Korrupsiya, vəzifə cinayətlərində ittiham olunan İmişli rayon keçmiş icra başçısı Vilyam Hacıyevi 2017-ci ildə prezident “Vətənə xidmətə görə" ordeni ilə, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev isə 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.
İstintaq araşdırmaları DTX-da aparılır. Keçmiş məmurlar DTX-nın istintaq təcridxanasında saxlanılırlar.