Döyülən jurnalist Rasim Əliyev dəfn edildi (VİDEO)


Avqustun 8-də döyülən, bu gün səhər saatlarında isə vəfat edən jurnalist Rasim Əliyev Mehdiabad qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, həmkarları və siyasi xadimlər iştirak edib.

Rasim Əliyev avqustun 9-da, səhər saat 5 radələrində 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, rentgen olunsa da, həkimlər daxili qanaxma olduğunu aşkarlamayıblar. Yalnız ağrıkəsici iynə vurulub. Güman olunur ki, həkimlərin məsuliyyətsizliyi rol oynayır.

Rasim Əliyev ANN.TV-nin əməkdaşı olub. Jurnalist döyülməsinə səbəb olaraq onun futbolçu Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “Facebook” sosial şəbəkəsində tənqid etməsini göstərib.

Ana səhifəVideoDöyülən jurnalist Rasim Əliyev dəfn edildi (VİDEO)