“Relax” İstirahət Mərkəzində qarşıdurma zamanı həbs edilənlərdən biri deputat İqbal Məmmədovun oğludur. Millətvəkili oğlu həbs ediləndən sonra obyektin onun qardaşına məxsus olduğunu etiraf edib. Araşdırmaçı Jurnalist Hafiz Babalı isə sənədlərlə üzə çıxarıb ki, İqbal Məmmədov həm Kəmaləddin Heydərovun, həm də Rövnəq Abdullayevin biznes ortağıdır. Real partiyasının sədr muavini Azər Qasımlı hesab edir ki, bu hadisə Rövnəq Abdullayevi sıradan çıxarmağa məqsədi daşıyır. İqtisadçı Qubad İbadoğlu hesab edir ki, deputatlar bizneslər yaradıb, vəzifələrində sui istifadə edərək büdcəyə vergi ödəməkdən yayınırları. Vətəndaşların bir çoxu düşünür ki, məmurlar vergi ödəmirlər, amma hər kəs dövlət büdcəsinə vergi ödəməlidir.