Bu gün mərhum politoloq Hikmət Hacızadənin məqalə və müsahibələrindən ibarət kitabının təqdimat mərasimi keçirilib. “Demokratiyaya gedən uzun yolda” kitabın redaktəsi politoloqun həyat yoldaşı Bahar Hacızadəyə məxsusdur.
Tədbirdə kitabın tərtibatçısı Sabit Bağırov Hikmət Hacızadə haqqında yayımlanacaq növbəti kitabın “Xatirələr” olduğunu bildirdi
Tədbirdə Hikmət Hacızadənin oğlu və dostları onunla bağlı xatirələrindən danışıb.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri olan Hikmət Hacızadə ötən ilin 20 noyabr tarixində həyatını itirib.