Dağıstanda 400 azərbaycanlının saxlanıldığı deyilir

Fevralın 9-da Rusiya Federasiyasının Dağıstan Respublikasında Miqrasiya Xidməti reyd keçirərək 400-ə yaxın Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə Meydan TV-yə saxlanılanlardan biri məlumat verib və videogörüntüləri göndərib. Adının açıqlanmamasını istəyən şəxsin sözlərinə görə, onlar sənədlərinin qaydasında olmamasına, vaxtından artıq ölkədə qaldıqlarına görə saxlanılıblar:

“Bizdən külli miqdarda pul istəyirlər. Əksəriyyət bura iş üçün gəlib. O pulu ödəməyə imkan yoxdu. Bu 4 gün ərzində nə səfirlikdən, nə konsulluqdan vəziyyətimizlə maraqlanan olub. Sənədlərimiz qaydasında olmaya bilər, amma bu, o demək deyil  ki, bizi məhkəmə qərarı olmadan həbsdə saxlamalıdırlar. Sənədlərimiz yerində deyil ölkədən çıxarsınlar, deportasiya etsinlər, amma burada bizdən böyük məbləğdə pul tələb edirlər və belə pis şəraitdə saxlayırlar”.

Xarici İşlər Nazirliyi Meydan TV-nin məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.

Ana səhifəVideoDağıstanda 400 azərbaycanlının saxlanıldığı deyilir