”Sosial şəbəkələrdə şərhlərimlə bağlı suallar verdilər”
Şəmkirdə oktyabın 23-də saxlanılan Ceyhun Nəbi sərbəst buraxılıb.
Bu barədə onun özü Meydan TV-yə danışıb.
Ceyhun Nəbi Şəmkir rayon polisi tərəfindən saxlanıldığını, sonra isə DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirildiyini bildirib:
“Mənə sosial şəbəkələrdəki yazdığım şərhlərlə bağlı sorğu-sual verdilər. Fiziki təzyiq olmadı və gözlənilmədən də sərbəst buraxdılar”.
Ceyhun Nəbi ona heç bir ittihamın elan edilmədiyini də deyib.
C.Nəbi cümhuriyyət dövrünün araşdırıcısıdır, bu tarixdən bəhs edən “Sovetlərlə üz-üzə” kitabının müəllifidir. O, həmçinin “Facebook” sosial şəbəkəsində Azərbaycan hakimiyyətini kəskin tənqid edirdi.
Rusiyada üç yaşayandan sonra, Şəmkirə gəlir və həmin gün də
saxlanılı
b.