“Bütün kənddə-kəsəkdə qaz yanır, şəhərdəkilər qazsız qalıb” (VİDEO)

“ Bütün kənddə-kəsəkdə qaz yanır biz şəhərin içində qazsız qalmışıq”

Raisa Adıyeva təxminən 10 ildir yaşadığı binaya qazın verilmədiyini deyir.  O, hər ay pul xərcləyib  qaz balonu alır ki, ev işlərini görə bilsin. Sakin deyir ki, göydələndə ev alanda onlara deyiblər, qaz, su, işıq olacaq. Amma 10 ildir evlərinə qaz gəlmir.

Qaz indiyə kimi də yoxdur. Ancaq biz bu evi alanda bizə demişdilər. qaz da olacaq, su da olacaq istilikdə.

Biz müqaviləyə imza atanda bizə deyilmişdi ki, qazla, suyla, işıqla, istiliklə təmin edəcəklər. Hamısı var ancaq qaz yoxdur.

Binada yaşayan Şirzad İbrahimov da qazın olmadığına görə əziyyət çəkir. O deyir ki, qazın verilməsi üçün hər ailədən 450 manat pul istənilib.

Nazilə Heydərova Tbilisi prospektində, qaçqınların yaşadığı yataqxanada qalır. Deyir ki, 20 ildir burada məskunlaşmışıq, amma bu günə qədər qaz verilməyib.

“ Biz 20 ildir burda yaşayırıq. Heç vaxt qaz olmayıb burada. Ancaq işıq olub. Işıq sönən də isə ocaqdan ya da kirayə qazdan istifadə etmişik.


“ Neçə ildir qaçqın gəlmişik burada qaz yoxdur. Ancaq pilətədən istəfadə edirik. Evi də onunla isidirik, çayı da onunla qoyuruq yeməyi də onunla bişiririk.

Binanın sahibi Tofiq bəy  deyir ki, sakinlər qaz sayğaclarının çəkilməsi üçün pul ödəmədiklərinə görə onlara qaz verilmir.

Bizim müəyyən köhnə problemlərimiz var. amma camaat sayğacların pulunu ödəmir deyə çəkdirə bilmirik.

Şəhərdə qazın verilməməsi ilə bağlı suallarımızı cavablandırmaq üçün Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayevə zəng etsək də,  ezamiyyətdə olduğuna görə suallarımızı cavablandıra bilməyəcəyini bildirdi.

Yataqxananın sakini Vilayət İbrahimova isə “ göy nə yağırsa, yer onu qəbul edir” deyir.

Göy nə yağsa yer onu qəbul edir. Bizim başqa şəraitimiz yoxdur. Şəraitə qalsa bizim rayonda gül kimi şəraitimiz var idi.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, hər il qış gələndə kommunal məsələlərlə bağlı problemlər özünü göstərir. İllərdir buna böyük vəsaitlər ayrılsa da Bakı şəhər İcra hakimiyyəti  problemləri aradan qaldırmaq üçün heç nə etmir. Ekspert onu da əlavə etdi ki, havaların biraz soyuması kifayət edir ki, ətraf rayonlara və şəhərə qaz verilməsində problem yaransın. Onun sözlərinə görə, yeni tikili binalarda yaşayan vətəndaşlardan qaz üçün əlavə pul istəmək korrupsiya faktını ortaya qoyur.

Yeni binaların istismara qəbulu haqda aktı Fövqəladə Hallar Nazirliyi verir. Və FHN çox təəssüfki bu binaların istismara hazır aktının verilməsi üçün korrupsiya halları olur. Yəni binaları təhvil almaq üçün bina tikən sahibkarlardan ciddi rüşvət istənilir və bu son aktın verilməsində çətinliklər yaradır. Ona görə də Bakı şəhərində 200dən çox binanın son təhvil aktı olmasa da əhali orada yaşamağa davam edir. Onlar müxtəlif kommunal xərcləri ödəyiblər, mənzil haqlarını ödəyiblər, amma bu günə qədər də qaz ala bilmirlər.

Ekspert deyir ki, qaçqınların yaşadığı binalarda vəziyyət daha pisdir. Binalara qazın verilməməsi elektriklə enerjisində yükləmələrə gətirib çıxarır ki, bu da partlayışlara səbəb olur.

Təhlükəsizlik nöqteyi-nəzərdən qaçqınların yaşadığı bina qazın verilməsində məhdudiyyətlər olduğu söylənilir. Amma əslində elektrik enerjisində yüksək yükləmələr olduqda bu daha çox təhlükəlidir. Necə ki, bir neçə dəfə buna görə yanğın hadisələri olub.

Ana səhifəVideo“Bütün kənddə-kəsəkdə qaz yanır, şəhərdəkilər qazsız qalıb” (VİDEO)