Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq Maarifçiliyi Cəmiyyəti”-nin rəhbəri, hüquqşünas İntiqam Əliyevin məhkəmə prosesi keçirilib. Prosesdə hüquqşünasın vəkilləri çıxış ediblər.
Onlar çıxışlarında İntiqam Əliyevə qarşı ittihamların əsassız olduğunu, həbsin əsl səbəbinin onun fəaliyyəti ilə bağlı olduğunu bildiriblər.
Vəkil Elçin Sadıqov deyib ki, məhkəmə müdafiə üçün əhəmiyyətli olan heç bir vəsatəti təmin etməyib. İntiqam Əliyevin həyat yoldaşı bildirib ki, o, məhkəmədən ədalət gözləmir.
Proses aprelin 22-nə təxirə salınıb.