”Bizi prezidentə qarşı qaldırmaq istəyirlər” (VİDEO)

Yeni Yasamalda “Arabaçı”  MTK-da yaşayan sakinlər aksiya keçiriblər. Sakinlər binaya qaz verilməməsindən şikayətçidirlər. Onların sözlərinə görə bina 2007-ci ildə binaya bütün kommunal xətlərin çəkiləcəyinə, və qaz veriləcəyinə dair söz verilmişdi. Sakinlər deyir ki, binanın komendantı onlardan qazın verilməyi üçün 500 manatadək   pul yığsa da, ortada nə qaz var nə də ki pul.

“2009-cu ildən bu binada yaşayırıq. Özüm də təqaüdçüyəm. 224 manat təqaüd alıram. Elə ki qış gəlir, qaz yoxdur deyə evləri qızdırmaq lazımdır axı. Qızdırmasaq nəvələr hamısı xəstələnəcək. 150-140 manat işıq pulu verməli oluruq. Mən 224 manat təqaüd alıram. Bunun 150 manatını işıq puluya verəndən sonra 50-60 manat pul qalır. Mən onunla necə dolanım?” – bina sakini bildirir.

Ötən həftə Nizami rayonunda yerləşən 12 mərtəbəli binada elektrik naqillərindəki həddindən artıq yüklənməyə görə yanğın baş vermişdi. “Arabaçı” MTK-da yaşayan sakinlər də bu yanğından siğortalanmayıb. Çünki binaya qaz verilmədiyindən sakinlər elektrikin hesabına evlərini isidirlər.

Bina sakinləri  işıq pulunu ödəyə bilmədiyini deyirlər.

“Dinc əhalinin prezidentə qarşı qaldırmaq istəyirlər. Bizi artıq buna vadar edirlər. Balamızın boğazından kəsib işıq pulu ödəyirik”

Ana səhifəVideo”Bizi prezidentə qarşı qaldırmaq istəyirlər” (VİDEO)