Bir Qafqaz Festivalı – sülh və harmoniya mesajı

Bu festival “Gürcüstanın ən ilham verən festivalı” adını qazanıb

Source:

24-27 avqustda Azərbaycan və Ermənistan sərhədlərinə yaxın kiçik gürcü kəndi Tserakvidə Bir Qafqaz Festivalı (One Caucasus Festival) keçirilib. Hər il keçirilən tədbirə Ermənistan, Azərbaycan, Gürcüstan, Polşa və dünyanın digər ölkələrindən olan musiqiçilər, rəssamlar, heykəltaraşlar və könüllülər cəlb edilib. Bu festival artıq “Gürcüstanın ən ilham verən festivalı” adını qazanıb.

Dörd günlük festival Polşa Xarici İşlər Nazirliyi və Marneuli Rayon Bələdiyyəsinin maliyyə dəstəyi ilə keçirilir. Festival adətən Cənubi Qafqaz və Polşa musiqisi ilə müşayiət edilir. Musiqi və seminarlarla yanaşı, vətəndaşlara ayrılan büdcə də festivalın bir hissəsinə daxildir. Ötən il Marneuli Rayon Bələdiyyəsi yerli kəndlər üçün 1.7 milyon lari məbləğində vəsait ayıraraq, onun hara və necə xərclənməsini sakinlərə həvalə edib.

Üç həftə ərzində One Caucasus könüllüləri festivalla bağlı işlərlə məşğul olurlar. Bu il festivalda iştirak üçün göndərilən müraciətlərin sayı 240 olub, onlardan təkcə 100-ü elə Azərbaycandan göndərilib. Müraciət edən ölkələr siyahısında hətta Nigeriya da var. Bununla belə, ümumilikdə festivalda iştirak üçün edilən müraciətlərdən yalnız 33-ü seçilib.

Festivalla bağlı işlərdən əlavə, könüllülər yaxın kəndlərdə etnik azərbaycanlı, erməni və gürcü uşaqları üçün təhsil və mədəni seminarlar da təşkil ediblər. Burada gürcüstanlı könüllüsü milli Gürcüstan rəqsini Tserakvidəki uşaqlara öyrədir.

Festvialda həmçinin yerli gənclər ənənəvi güləş yarışlarında da iştirak edirlər.

Marneulidəki azərbaycandilli radionun təsisçisi Kamilla Məmmədova (sağda) erməni caz ifaçısı Marine Hakobyandan (solda) müsahibə alır. “One Caucasus məni ruhlandırır. Ermənilər, azərbaycanlılar və gürcülər birgə sülh və harmoniyada yaşayırlar” – deyə caz ifaçısı öz “Facebook” səhifəsində qeyd edib.

Festival kempinq üçün də əlverişli olub. Demək olar ki, burada hər gün dünyaca məşhur Bakı etno musiqi qrupu “Les Gardiens du Silence” öz improvizələri ilə maraqlı konsertlər verib.

One Caucasus  festivalı səhnəsində Ermənistan, Azərbaycan, Gürcüstan və Polşadan gələn musiqiçilər çıxış ediblər. Azərbaycandan gələn “Yogaddin” qrupu kiçik səhnədə tədbirin açılışını edir.

One Caucasus-un ilk gecəsinin açılış mərasimində əsas səhnədə qadınlardan ibarət Gordela Gürcüstan xalq musiqi qrupu yer alıb.

Psio Crew qrupu da festivalın ilk günündə Polşa xalq musiqi və rəqslərindən ibarət performans göstərib.

Əsasən azərbaycanlı gənclər, ümumilikdə isə erməni və gürcülər də festivalda iştirak edən bakılı “Ahmedowsky  Trio” qrupunun musiqisi altında rəqs edirlər. Bu qrupun musiqisi əsasən caz və muğamı özündə cəmləşdirir. Bu il “Ahmedowsky Trio”, Vaqif Mustafazadəyə həsr edilmiş “Sketches of Vagif” (“Vaqifin Eskizləri”) adı altında trek də buraxıb.

Ermənistandan festivala qatılan “Vishup” ansamblı tədbirin ikinci günündə səhnədə yer alıb. “Vishup” gitaraçı, fleyta ifaçısı və müğənni Arik Qriqroyanın ifa etdikləri ənənəvi erməni xalq musiqilərinə müasir aranjimanlar qatır. 2015-ci ildə keçirilən One Caucasus-un səhnəsində Qriqoryan və onun əsas qrupu “Bambir” Azərbaycan rok qrupu ilə birgə çıxış etmişdilər.

Bəlkə də bu il festivalda xüsusi diqqət çəkən Azərbaycanın Əməkdar artisti Natiq Şirinovun və onun “Natiq Ritm Qrupu”nun çıxışı olub. Sentyabr ayının sonunda isə Şirinov bu festivalın müəyyən mənada davamı olan, Varşadavada keçiriləcək Trasnqafqaz tədbirində də iştirak edəcək. Gürcüstanın “Gordela” və Ermənistanın “Vishup” ansamblı da həmçinin həmin tədbirdə performans göstərəcəklər.

Ana səhifəFotoreportajBir Qafqaz Festivalı – sülh və harmoniya mesajı