”Bina tikilsə, evimdə soyuna bilməyəcəm” (VİDEO)

8-ci mikrorayonda yerləşən Nizami Nərimanov küçəsinin sakinləri 21-32-ci binaların yaxınlığındakı ərazidə bina tikilməsinə etiraz edirlər. Ərazidə tikinti aparmaq istəyən “Murad MMC”-nin təsisçisi deyir ki, tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə  sənədi alıb.

Sakinlər də bu ərazidə tikinti aparılmasına icazə verilmədiyi ilə bağlı icra hakimiyyətindən sənədlərinin olduğunu deyirlər.

2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti şirkətə həmin ərazidə 17 mərtəbəli bina tikmək üçün icazə verib. Amma 2015-ci ilin dekabrında sakinlərə icra hakimiyyətindən sənəd təqdim olunub ki, həmin ərazidə tikinti işləri aparılmır. Sözügedən sahənin ciddi nəzarətə götürülməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə tapşırıq verilib.

Mübahisəli əraziyə polis işçiləri də cəlb olunub. Əraziyə Binəqədi rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi də gəlib.

Sakinlər Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna müraciət ediblər. Onlar istəyirlər ki, bu ərazidə bina yox, park salınsın.

Binəqədi rayon İcra Hakimiyyəti mübahisəli məsələyə münasibət bildirib. O şirkətin sənədlərinin qaydasında olduğunu bildirib.

Binada yaşayan uşaqlar həftədə iki-üç dəfə bu ərazidə futbol oynayırlar. Tikinti aparılarsa, futboldan qalacaqlarını deyirlər.

Ana səhifəVideo”Bina tikilsə, evimdə soyuna bilməyəcəm” (VİDEO)