Baş Prokurorluq, yoxsa Baş gözətçi?

Sosial mediada tənqidi fikirlərinizi bölüşərkən hüquq-mühafizə orqanlarının “radar”ına düşə bilərsiniz. Belə ki, Baş Prokurorluq vaxtaşırı ictimai fəalları sosial şəbəkələrdə paylaşımlarına görə idarəyə “söhbətə” çağırır.

Baş Prokurorluq məlumatında bildirib ki, milli təhlükəsizlik haqqında qanuna əsasən, ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə yönəlmiş addımlar dövlət üçün təhdid hesab olunur. Gənc fəal Rüstəm İsmayılbəyli də müharibəni tənqid edən paylaşımından sonra prokurorluğa çağırılıb.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, qanunun təəssübkeşliyini çəkməli olan qurum “Milli təhlükəsizlik” çətiri altında insanların ifadə azadlığını pozur.

“Müdafiə Xətti” İnsan haqları təşkilatı da sosial şəbəkədə hökumət tənqidçilərini təftiş etməyin Baş Prokurorluğun fəaliyyət istiqamətinə aid olmadığını bildirir.

Prokurorluqdan xəbərdarlıq alan Rüstəm İsmayılbəyli bu çağırışların məqsədinin müstəqil medianı və vətəndaş cəmiyyətini susdurmaq olduğunu deyir.

Son günlər jurnalistlər bir qrup sosial şəbəkə istifadəçisi prokurorluğa çağırılaraq, yazılarına, sosial şəbəkələrdəki paylaşımlarına görə sorğu-sual ediliblər. Onlardan Tofiq Şahmuradov sosial şəbəkədə “qanunla yayılması qadağan edilən” informasiya yerləşdirməkdə günahlandırılaraq 1 aylıq inzibati həbs cəzasına məhkum olunub.

Ana səhifəVideoBaş Prokurorluq, yoxsa Baş gözətçi?