Mənbə: Meydan.TV

Bakının turist gözləyən çimərlikləri (Fotosessiya)

Çimərlik, bağ mövsümünün başlamağına günlər qaldı. Yaydan əvvəl çimərliklər, sahil ərazilər unudulmuş yerləri xatırladır. Sahillər nə dərəcədə təmizlənir? Kafe, restoran kimi işləyən sahil məkanlarında vəziyyət necədir indi? Əslində görünənlər ötəri və müvəqqəti çirklilikdir. Sahil hissələrinin hər mövsüm təmizləndiyi deyilir. Təmizlənməsi lazım olan isə dənizin özüdür. Xəzərin çimərlikləri boyunca çəkilən fotolarda sahil zonasının necə olduğunu görəcəksiniz. Bu çimərliklər turist qəbul etməyə nə qədər hazırdır, özünüz görün.

Bu çimərliklər turist qəbul etməyə nə qədər hazırdır, özünüz görün.

Mənbə: Meydan.TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xadsyz

Ən çox baxılan