Bakının dayanacaqlarında uzun növbələr yaranır – FOTOSESSİYA

Azərbaycanda xüsusi karantin rejimi iyulun 20-nə qədər uzadılıb. Bu tarixə qədər Bakı Metropoliteninin fəaliyyəti dayandırılıb. İctimai nəqliyyatdan ancaq avtobuslar işləyir. Adamların çox olduğu vaxtlarda dayanacaqlarda uzun növbələr yaranır.

3H3A0515.JPG
Bakıda avtobus dayanacağı. İyul, 2020
3H3A0525.JPG
Bakıda avtobus dayanacağı. İyul, 2020
3H3A0527.JPG
Bakıda avtobus dayanacağı. İyul, 2020

Dayanacaqlarda sosial məsafəyə riayət olunmasına patrul xidməti nəzarət edir. İyulun 2-dən küçə və prospektlərdə, eyni zamanda həyətlərdə patrulun sayı artırılıb. Şəxsi avtomobildə hərəkət etmək üçün də xüsusi icazə almaq lazımdır.

3H3A0540.JPG
Bakıda avtobuslardan biri

İyulun 2-dən maskadan istifadə etməməyə görə cərimələr də artıb. Ölkə başçısı tərəfindən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqda qanuna əsasən, fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat həcmində cərimələnir.

3H3A0548.JPG
Bakıda avtobus dayanacağı. İyul, 2020
3h3a0731
Bakıda avtobus dayanacağı. İyul, 2020
3H3A0735.JPG
Bakıda avtobus dayanacağı. İyul, 2020
3h3a0739
Bakıda avtobus dayanacağı. İyul, 2020
Ana səhifəVideoBakının dayanacaqlarında uzun növbələr yaranır – FOTOSESSİYA