Lalə Nəsirzadə Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi olub
Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada komaya düşən 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə vəfat edib.
1 saylı Kliniki Tibbi Mərkəzdən bildiriblər ki, reanimasiya şöbəsində ağır vəziyyətdə olan olan Lalə Nəsirzadə martın 11-də səhər saatlarında dünyasını dəyişib.
APA yazır ki, Lalə Nəsirzadə Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi olub.
9 martda
qəza
nəticəsində 5 nəfər ölmüşdü: Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur(1997-cı il).
Onlar Sumqayıt Dövlət Universitetinin tələbələri idi.