Bakı sulu qardan sonra…

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat verir ki, dekabrın 6-da hava şəraiti yağmurlu olub, bəzi yerlərdə sulu qar, qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında güclənib.

Məlumata görə düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6 mm təşkil edib.

Gün ərzində yağan sulu qardan sonra Bakının küçələri yenə ayaq islandırıb.

11 noyabrda ölkə başçısı İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. İşçi qrupunun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Sərəncama əsasən, işçi qrupu Bakı şəhərinin yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etməli və zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində ölkə başçısına təqdim etməlidir. Həmçinin, Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları müəyyənləşdirilməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflər hazırlanıb iki ay müddətində dövlət başçısı İlham Əliyevə verilməlidir.

Ana səhifəVideoBakı sulu qardan sonra…