Bakı Şəhər Prokurorluğu önündə jurnalistlər aksiya keçirib (VİDEO)

27 avqustda 20-yə yaxın jurnalist Bakı Şəhər Prokurorluğunun önünə toplaşaraq, jurnalist Rasim Əliyevin ölümündə işinə səhlənkar yanaşmış həkimlərin cəzalandırılması ilə bağlı aksiya keçirib. Əllərində Rasim Əliyevin fotoları olan jurnalistlər “Rasimin Əliyevin ölümündə günahkar olan həkimlər cəzalandırılsın” şüarları səsləndiriblər.

Jurnalistləri Bakı şəhər prokuroru Əziz Seyidov qəbul edib. Görüşdə Rasim Əliyevin ölümündə işinə səhlənkar yanaşan həkimlərlə bağlı danışılıb. Tatyana Kruçkina qeyd edib ki, o və Fərqanə Novruzova hadisə baş verən gün saat 21 radələrində jurnalistin yanında olsalar da, indiyədək ifadələri alınmayıb. Onlar işdə şahid kimi ifadə vermək istədiklərini deyiblər. Jurnalistlər prokurora bildiriblər ki, həkimlərin səhlənkarlığını sübut edən kifayət qədər faktlar, ziddiyyətli fikirlər var. Əziz Seyidov təklif edib ki, səslənən irad və tələblər müraciət şəklində hazırlansın və istintaqa təqdim olunsun. Müraciət avqustun 28-i, saat 11:00-dək hazır olmalı və prokurorluğa təqdim olunmalıdır.

Ana səhifəVideoBakı Şəhər Prokurorluğu önündə jurnalistlər aksiya keçirib (VİDEO)