Prezident Eldar Əzizovla bağlı sərəncam verdi
Azərbaycan
Prezidenti İlham Əliyev
Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi barədə sərəncam imzalayıb.
Bundan əvvəl
E.Əzizov
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini və başçının vəzifələrini icra edən şəxs idi. O, bu vəzifəyə iyulun 16-da təyin edilmişdi.
2001-ci ildən Bakının icra başçısı vəzifəsini tutan Hacıbala Abutalıbov 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsinə təyin edildi.
E.Əzizov buna qədər Bakının Səbail rayonunun İH başçısı vəzifəsində çalışıb. 61 yaşlı E.Əzizov həmçinin Bakının Nizami rayonunun, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyəti başçısı vəzifələrində çalışıb.
O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir.