Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə gətirildi

İcra başçısının müavini artıq işə başlayıb

Source:

Eldar Əzizov
Eldar Əzizov


İcra başçısının müavini artıq işə başlayıb

Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.

Bakı Şəhər İH-dən APA-ya bildiriblər ki, E. Əzizov iyulun 16-da vəzifəsinin icrasına başlayıb.

E.Əzizov buna qədər Bakının Səbail rayonunun İH başçısı vəzifəsində çalışıb. 61 yaşlı E.Əzizov həmçinin Bakının Nizami rayonunun, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyəti başçısı vəzifələrində çalışıb.

O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir.

Eldar Əzizov ölkədə daha çox bişirtdiyi tortlarla tanınır. Belə ki, rəhbərliyi dövründə Gəncə və Sumqayıt şəhərlərində İlham Əliyevin ad günlərində böyük tortlar bişirilib. Həmin tortların uzunluğu dövlət başçısının yaşı ilə əlaqələndirilib. Məsələn, İlham Əliyevin 50 illik yubileyində

Sumqayıt

da uzunluğu 50, kilosu 12 ton olan tort bişirilib.

Səbail

Rayon İcra Hakimiyyəti başçısı olduğu zamanda isə Bakıda ən böyük paxlava bişirilib.

Hazırda Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi boşdur. Bu vəzifəni icra edən Hacıbala Abutalıbov hazırda Baş nazirin müavinidir.

Ana səhifəXəbərlərEldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə gətirildi