”Bacarırlar Qarabağdakı evimin kvadratını ölçsünlər” (VİDEO)


“Ermənini yansın, bizi yaman günə qoydu. 25 ildir burda cürüyürük. Üst – üstə yorğana bükülüb otururuq, göydəki allah haqqı”.

Bu sözləri 85 yaşlı Cəbrayıldan məcburi köçkün olan Gülnisə Həsənova deyir.

Bakı şəhəri, Yasamal rayonu, Dilarə Əliyeva küçəsindəki binada yerli ehali və məcburi köçkünlər yaşayır. Sakinlərin sözlərinə görə, Abid Şərifova məxsus  şirkət binanı söküb əvəzində başqa obyekt tikmək istəyir.

Onların şikayəti verilən kompensasiyadandır.

Almaz Əhmədova deyir: “Bizim hüquqlarımız tapdanır, ermənilərin əlindən qaçıb bura gəlmişik. Burdan da dənizə tökülək? Mən beş uşağımla özümü yandıracam. Buranın kvadratını yox, Qarabagdakı evimin kvadratını ölçsünlər. Qarabağı qaytarsınlar, bura lazım deyil mənə”.

Məcburi köçkünlərlə birgə yerlilər də burada yaşayırlar. Burda doğulub indi də nəvəsini burda böyüdənlər də var. Hamının da narazılığı veriləcək kompensasiyadandır.

Ana səhifəVideo”Bacarırlar Qarabağdakı evimin kvadratını ölçsünlər” (VİDEO)