Azərbaycandakı əfqanlar danışır: “Talibanda insanlıq adına bir şey yoxdur”

Azərbaycandakı əfqanlar danışır: “Talibanda insanlıq adına bir şey yoxdur”



Azərbaycandakı əfqan qaçqınlar niyə vətənlərini tərk etmək məcburiyyətində qaldıqlarını danışırlar

Dünyanın bir çox ölkəsində qadağan edilən “Taliban” silahlı qruplaşması avqustun 15-də Əfqanıstanda hakimiyyəti ələ keçirdi.

“Taliban”ın hakimiyyəti altında yaşamaq istəməyən yüz minlərlə əfqan ölkəni tərk etmək və sığınacaq axtarmaq məcburiyyətində qaldı.

Bu, birinci dəfə deyil. Taliblər 90-cı illərdə də Əfqanıstanda hakimiyyəti ələ keçirmişdilər. O zaman əfqanların sığınacaq axtardıqları ölkələrdən biri də Azərbaycan idi.

Meydan TV-nin bu materialında Azərbaycandakı əfqan qaçqınları öz həyat hekayələrini və hazırda vətənlərində baş verənlər haqqında düşüncələrini bölüşürlər.

40 yaşlı Məhəmməd Nurməhamməd 20 ildən artıqdır ki, Bakıda yaşayır.

O, 90 -cı illərdə “Taliban” hakimiyyətə ilk gəlişindən sonra vətənini tərk etmək məcburiyyətində qalıb. Burada azərbaycanlı qadınla evlənib, iki övladı var. Lakin qohumlarının çoxu hələ də Əfqanıstandadır və Məhəmməd onların taleyindən çox narahatdır:

“Bu dəqiqə mənim ailəm orada qalıb – anam, qardaşlarım, bacım. Mən


hər dəqiqə qorxu içində yaşayıram ki, bunlar necə olacaq, indi öldürəcəklər, sabah öldürəcəklər. Camaat dəhşət içində yaşayır”

.

Əgər orada qalsaydım, məni də öldürəcəkdilər

Məhəmməd deyir ki, taliblər hakimiyyəti birinci dəfə ələ keçirəndə xaricilərlə işləyən, xüsusən də amerikalıların şirkətlərində çalışan, NATO ilə əməkdaşlıq edən tərcüməçiləri, hətta sürücüləri və aşpazları da öldürürüblər.



Mən də Qəndəharda xarici şirkətlərin birində işləyirdim. Əgər orada qalsaydım, onlar məni də öldürərdilər. Buna görə də Əfqanıstanı tərk etməli oldum”

, – o qeyd edir.

Məhəmmədin sözlərinə görə, həmin dövrdə və sonrakı bütün illərdə “Taliban” hakimiyyətdə olarkən (“Taliban” birinci dəfə 2001 -ci ilə qədər Əfqanıstanda hakimiyyətdə olub. red.), yüz minlərlə insan ölməmək üçün qaçqın düşüb:

"Əgər “Taliban” yaxşı hökumət olsaydı, heç kim ölkədən qaçmazdı. Vətən nə qədər kasıb olsa da, yenə də vətən olaraq qalır. Ancaq elə bir vəziyyət yaratdılar ki … və yəqin ki, özünüz də internetdə görmüsünüz. Onlarda insanlıq adına bir şey yoxdur".

image00001.jpeg
Məhəmməd Nurməhamməd

Biz həmişə gizlənirdik

29 yaşlı Nilab Norinin ailəsi Əfqanıstanı 1998-ci ildə tərk edib.

O deyir ki, həmin vaxt atası da Amerika şirkətlərindən birində işləyib.

Nilabın sözlərinə görə, “Taliban”la ilk müharibə başlayanda onun altı yaşı vardı və taliblər hər yerdə onun atasını axtarırdılar.


“Biz həmişə gizlənirdik. Xatırlayıram ki, hər yerə maşınla gedirdik. Bir neçə gecə dağlarda gecələdik. Nəhayət, hava limanına çatdıq, bizə bir helikopter verdilər, oradan Herata (Əfqanıstanda şəhər) çatdıq. Vertolyot havaya qalxanda bomba partladı. Pilot dedi,


uçsaq, öləcəyik, qalsaq da, taliblər bizi tutucaq. Atam ded: “Uuçun, nə olar, olar”. Çox şükür ki, biz Herata çatdıq” (Əfqanıstanda şəhər -red.)

– deyə Nilab həyəcanla xatırlayır.

Hazırda Azərbaycanda yaşayan xarici qaçqınların əksəriyyətini əfqanlar təşkil edir.

Rəsmi rəqəmlərə görə, onların sayı 1226 nəfərdir.

nilan.jpg
Nilab Nori

Onların bəzilərini nisbətən asan viza almaq imkanı Azərbaycana gətirib. Digərləri isə radikalizmdən uzaq, dünyəvi, eyni zamanda, müsəlman və türkdilli ölkə olduğuna görə Azərbaycanı seçib.

Azərbaycanda yaşayan əfqanlar arasında irandilli xalqlardan puştunlar və hazaralar, eləcə də türkdilli afşarların nümayəndələri var.

Nilabın sözlərinə görə, “Taliban” uzun illərdir ki, türkdilli xalqlar da daxil olmaqla bir çox etnik qrupu məhv və təqib edir. Buna görə də onların çoxu qaçmağa məcbur olurlar. Azərbaycan isə onları etnik və dil bənzərliyinə görə cəlb edir.

Demək olar ki, onların əksəriyyəti Nilab və Məhəmməd kimi Azərbaycan dilini öyrənib.

Nilab Bakıdakı dil kurslarının birində ingilis dilini öyrədir və işindən məmnun olduğunu, həmkarlarını çox sevdiyini deyir:

“Ümumiyyətlə, azərbaycanlılar çox açıqürəkli və mehriban insanlardır. Burada heç vaxt ünsiyyətdə çətinlik yaşamamışam. Burada çox yaxın dostlarım var"

.

İşləyən qadınlar orada çətinlik çəkirlər

Amina (ad qəhrəmanın istəyi ilə dəyişdirilib – red.) hazaradır. O, həyat yoldaşı ilə birlikdə Azərbaycana gəlib. Amina Əfqanıstanda, demək olar ki, hər yerdə cinsi ayrı-seçkiliklə üzləşdiyini söyləyir:

“Əfqanıstanda işləyən qadınlara o qədər də yaxşı münasibət göstərilmir. Mən də ofisdə işləyirdim və həm cinsiyyətimə, həm də milliyyətimə görə ciddi problemlərlə üzləşirdim. Ümumiyyətlə, Əfqanıstanda işləyən qadınlar bir çox problemlərlə üzləşirlər”.

Hazaraların təqibə məruz qalmasının bir səbəbi də onların şiə olması ilə bağlıdır.

47 yaşlı Nəhidə bir zamanlar dörd uşağının həyatını xilas etmək üçün Əfqanıstanı tərk edərək əvvəlcə Pakistana, sonra Dubaya üz tutub. Daha sonra əsasən şiələrin yaşadığı Azərbaycanı seçib.

Nahida söyləyir ki, “Taliban”dan əvvəl Əfqanıstanda çox yaxşı yaşayıblar və heç kim dini zəmində onlara təzyiq göstərməyib:

“Bizim Əfqanıstanda uğurlu ailə biznesimiz vardı. Lakin “Taliban” hakimiyyətə gələndən sonra biz təhlükə ilə qarşılaşdıq. Hər gün qətllər baş verirdi. Buna görə də oranı tərk etməli olduq. Böyük çətinliklə də olsa, Pakistana çatdıq, orada iki il yaşadıq. Lakin şiə olduğumuza görə orada da çətinliklərlə üzləşdik. Pakistandan Dubaya köçdük və orada hər şey yaxşı idi. Lakin yenə də eyni, dini zəmində problem ortaya çıxdı, şiələr işdən qovulmağa başladılar. Pulsuz qalandan sonra da biz Azərbaycana gəlməyə məcbur olduq”,

– deyir Nahidə.

image00008.jpeg
Amina

Artıq 22 ildir ki, vətənimə qayıtmaq ümidi ilə yaşayıram

Nilab deyir ki, uzun illərdir Azərbaycanda yaşamasına baxmayaraq, həmişə ölkəsinə qayıtmaq ümidi ilə yaşayıb. Lakin onun bu ümidi “Taliban” hakimiyyətə qayıtdıqdan sonra tamamilə üzülüb: “

Artıq 22 ildir ki, bir gün qayıdacağımı, ölkəmdə yaşayacağımı, işləyəcəyimi gözləyirdim. Ancaq indiki mövcud vəziyyəti görəndə


mənə elə gəlir ki, bu heç vaxt olmayacaq”

.

Nilab da Məhəmməd kimi daha çox indi Əfqanıstanda qalan qohumlarından narahatdır.

Məsələ ondadır ki, 2001-ci ildə Taliban devrildikdən sonra əfqan qaçqınlarının bir qismi öz vətənlərinə qayıtdı. Nilabın atası da onların arasında idi:

“ Hazırda atam Kabuldadır və


biz çox qorxuruq, çünki bilmirik, atamın adı 20 il əvvəlki kimi yenidən "qara siyahı" ya düşüb ya yox?”

.


“Taliblər evləri yoxlayırdı, telefonda Amerika ilə əlaqəsi olanları, hökumətdə işləyənləri axtarırdılar, tapsalar,


öldürürdülər. Biz hər saniyə xəbər gözləyirik. Mənim bütün qohumlarım: dayım, əmim, xalam dövlətdə, AB ilə, amerikalılarla işləyib. İndi hamısı ölkədən qaçmağa çalışır, yarısı qaçıb, yarısı hələ də getmək üçün yollar axtarır", –

deyə Nilab narahatlığını dilə gətirir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının "Qlobal tendensiyalar – 2020-ci ildə zorla didərgin salınmalar" adlı hesabatına görə, hazırda dünyada 2.6 milyondan çox əfqan qaçqın həyatı yaşayır.

Bu göstəriciyə görə, Əfqanıstan Suriya (6,7 milyon qaçqın) və Venesueladan (4 milyon) sonra üçüncü yerdədir.



“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoAzərbaycandakı əfqanlar danışır: “Talibanda insanlıq adına bir şey yoxdur”