Azərbaycanda koronavirusdan ölənlərin sayı 115 oldu

“Bugünkü test sayı isə 7505-dir”.

Source: Архив


Daha 352 nəfərdə virus aşkarlanıb

İyunun 13-də Azərbaycanda koronavirus infeksiyasına daha 352 yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq evə buraxılıb, 2 pasiyent ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanda hazırda 9570 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 5309 nəfər müalicə olunaraq sağalıb, 115 xəstə ölüb. Bu gün aktiv xəstə sayı 4146 nəfərdir.

Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 375 min 759 testin aparıldığı bildirilib:

“Bugünkü test sayı isə 7505-dir”.

Ana səhifəSosialAzərbaycanda koronavirusdan ölənlərin sayı 115 oldu