Azərbaycanda keçmiş məhkumlar iş tapa bilmədiklərini deyirlər.
Hikmət Əliyev 2 dəfə, ümumilikdə 7 il həbsdə olub.
Həbsdən əvvəl sürücü işləyib. O deyir ki, əlindən başqa iş gəlmir, azadlığa çıxdıqdan sonra heç kim onu işə götürməyib.
Hikmət Əliyevin 2 aya yaxındır görmə qabiliyyəti azalıb.
O deyir ki, maddi vəziyyəti imkan vermədiyi üçün müalicə ala bilmir
Fuad Əhmədli ali təhsillidir, hotelçilik ilə bağlı müxtəlif işlərdə çalışıb. O, 4 il həbsdə olub.
Azadlığa çıxsa da, onun “əlavə cəzası” bitməyib.
2021-ci ildə 262 nəfər cəzaçəkmə yerlərindən azad edilərkən işlə təmin edilib
Fuad Əhmədli ümidini itirmir, məşğulluğa zəng edir.