Bir gündə 590 nəfərdə koronavirus aşkarlandı
İyunun 24-də Azərbaycanda koronavirus infeksiyasına 590 nəfər yoluxub, 265 nəfər müalicə olunaraq evə buraxılıb, 7 pasiyent isə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda indiyə qədər 14 min 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7768 nəfər müalicə olunaraq sağalıb, 174 pasiyent ölüb. Aktiv xəstə sayı 6363 nəfərdir.
Eyni zamanda, ötən müddətə 441 min 961 testin aparıldığı qeyd olunub:
“Bugünkü test sayı isə 9103-dür”.