67 nəfərin sağalaraq evə buraxıldığı deyilir
Aprelin 25-də Azərbaycanda 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq evə buraxılıb.
Bu barədə
Nazirlər Kabineti
yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda hazırda 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər ölüb, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Operativ qərargah qeyd edir ki, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 test aparılıb.