”Azərbaycan xalqına yalvarırıq: Səsimizi prezidentə çatdırsın” (VİDEO)

Əynindəki şalvarı zibil yeşiyindən tapdığını deyən briqadir Avropa Oyunları vaxtı Bayıl qəsəbəsində abadlıq işlərini görən və hələ də pulunun bir hissəsini ala bilməyən işçilərdən biridir. Artıq 11 aydır ki, işi təhvil verdiklərini deyən işçilərin söylədiyinə görə, sifarişçi şirkətdən onlara pullarının oyunlardan sonra ödənəcəyini deyiblər. Lakin hələ də bir nəticə yoxdur. İşçilər Prezident Administrasiyasına, ölkədəki bütün rəsmi qurumlara müraciət etdiklərini deyirlər:

Bayıl qəsəbəsinin “Şanxay” adlı ərazisindəki abadlıq işlərini SOCAR-ın sifarişi ilə “Azimport” şirkəti həyata keçirib. Briqadirlər deyir ki, pullarını istəməyə gedəndə,  şirkətin təsisçisi Azər Əsgərov onları təhqir edir:

İşçilər deyir ki, 540 nəfər fəhlənin əksəriyyəti rayonlarda qaldığından, pullarını tələb etməyə gəlmək üçün yolpulu tapa bilmirlər. Onların dediyinə görə, hazırda başqa yerdə də iş tapa bilmirlər:

Briqadirlər onu da bildirir ki, Avropa Oyunlarından əvvəl ölkə başçısı İlham Əliyev və  xanımı Mehriban Əliyeva şəxsən onların gördükləri işlərə baxıb və bəyəniblər. Onlar hətta Bayılın “Şanxay” ərazisini təmirdən sonra Türkiyənin Bodrum şəhərinə də bənzədiblər. İşçilər əmindilər ki, ölkə rəhbəri və xanımı onların pullarını ala bilmədiklərindən xəbərsizdilər:

“Azimport” şirkətinin təsisçisi Azər Əsgərov haqqındakı ittihamların əsassız olduğunu deyir.

Şirkətin direktoru Raqif Həbibov deyir ki, onlar işçilərə pul ödəmək üçün layihənin sifarişçisi SOCAR-ın ödənişini gözləyirlər:

SOCAR-ın mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb. Lakin ötən ilin 15 dekabr  tarixində SOCAR təmsilçisi Qasım İbrahimovun imzasıyla “Azimport” şirkətinə göndərilən məktubda qeyd olunur ki, şirkətdəki maliyyə çətinlikləri ilə əlaqədar vəsait gələcəkdə  mərhələli şəkildə ödənəcək.

Ana səhifəVideo”Azərbaycan xalqına yalvarırıq: Səsimizi prezidentə çatdırsın” (VİDEO)