”Azərbaycan mediası ən dibdədir”

13 ildir öldürülən jurnalist Elmar Hüseynovu həmkarları məzarı başında anır. “Monitor” jurnalının baş redaktoru 2005-ci il martın 2-də yaşadığı binanın blokunda odlu silahla qətlə yetirilib. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə görə, Elmarın qətli ilə jurnalistlərə qarşı təpkilərin başlanğıcı qoyuldu.

Elmar Hüseynov hökuməti sərt tənqid etməklə tanınırdı. Qətldən sonra ölkə başçısı İlham Əliyev cinayətkarların tezliklə tapılıb cəzalandırılacağını açıqlamışdı. Ancaq jurnalistin qətlindən 13 il keçsə də, hələ də qətlin sifarişçiləri tapılmayıb.

Ana səhifəVideo”Azərbaycan mediası ən dibdədir”