Azərbaycan əsgərinin meyiti qaytarıldı

Bəhruz Cəlilbəyli yanvarın 5-də Sədərək rayonundan həqiqi hərbi xidmətə çağrılmışdı

Source:

Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Azərbaycana qaytarılıb.

APA

yazır k

i, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirdiyi tədbirlər nəticəsində noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun tapılmış cəsədi noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycana təhvil verilib.

Prosesdə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyi

bildirir ki,

hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Ana səhifəXəbərlərAzərbaycan əsgərinin meyiti qaytarıldı